Gundemxeber.az » Dünya » Sərhəddə 30 kilometrlik TIR növbəsi: unitazlara və şampan şərabına da icazə vermirlər...
Ukraynaya qarşı hərbi təcavüzə etiraz olaraq polşalı fəallar Polşanın Belarusla sərhədindəki Kukurki-Kozloviçi beynəlxalq avtomobil keçid məntəqəsini Rusiya və Belarus dövlət nömrə nişanlı yük avtomobilləri üçün bağlayıb.
Gundemxeber.Az virtualaz.org-a istinadla xəbər verir ki, nəticədə sərhəddə Rusiya və Belarus nömrə nişanlı TIR-lardan ibarət 30 kilometrlik növbə yaranıb.
Rusiyanın nəqliyyat-logistika şirkətlərinin menecerləri RBK agentliyinə deyiblər ki, fəallar hətta Qərbin sanksiyalarının təsiri altına düşməyən malların da sərhəddən keçməsinə imkan vermirlər. Martın 11-dən etibarən sərhəd-keçid məntəqəsində fəallar mitinq keçirirlər və Rusiya, Belarus dövlət nömrə nişanlı yük avtomobilləri görən kimi onların qarşısını kəsirlər. “Nawinia” logistika şirkətinin avtomobil yükdaşımaları departamentinin rəhbəri Yelena Podolskaya deyib ki, əllərində Ukrayna bayraqları tutan mitinqçilər Belarus və Rusiya dövlət nömrə nişanlı istənilən nəqliyyatın qarşısını kəsməyə başlayıblar. “Tələblər qəti səslənir-Rusiyaya hər hansı yükün daşınmasını qadağan etmək”, - o deyib.
Bu zaman mitinqçiləri TIR-ların yükünün nədən ibarət olması maraqlandırmır-onlardan biri unitazları daşıyır, digəri isə Avropada istehsal edilmiş şampan şərabları. Podolskayanın sözlərinə görə, etirazçılar əmindirlər ki, həmin unitazlar “Rusiya hərbçiləri üçündür”, şampan şərabları isə “Ukrayna üzərində qələbəni bayram etmək üçün” nəzərdə tutulub. Əslində isə sərhəddə yığılan TIR-larda sanksiyaların təsiri altına düşməyən mallar var.
“FM Logistic East” logistika şirkətinin meneceri Yevgeni Dyatlov isə deyir ki, istənilən beynəlxalq sərhəd-keçid məntəqəsinin hətta bir saatlığa bağlanması logistikaya ciddi təsir edir. Onun sözlərinə görə, Rusiya və Belarus nömrə nişanlı TIR-ların sərhəddə bloklanması tezliklə bir sıra malların bahalaşmasına, nəqliyyat xərclərinin artmasına və qıtlığa gətirib çıxaracaq.
Gundemxeber.Az
14-11-2015, 12:25
22-10-2013, 18:30
8-11-2017, 13:46
5-08-2013, 12:18
22-04-2016, 00:25
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?