“Ukrayna üçün sülh və təhlükəsizlik barədə yerli söhbətlər Rusiyanın öz səhvlərindən vurduğu zərəri azaltmaq üçün yeganə şansdır”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib.
“Bir araya gəlməyin vaxtıdır. Danışmaq vaxtıdır. Ukraynanın ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır. Yoxsa Rusiyanın itkiləri elə olacaq ki, bir neçə nəsil belə sizin ayağa qalxmağınız üçün kifayət etməyəcək. Müharibəyə son qoyulmalıdır, Ukraynanın təklifləri masa üzərindədir”, - Ukrayna lideri bildirib.
Ukrayna prezidenti həmçinin Nazirlər Kabinetinə məcburi köçkünlərə dəstək üçün hərtərəfli proqram hazırlamağı tapşırıb. "Hökumətin işinin digər mühüm istiqaməti hərbi əməliyyatlar nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan ukraynalılara kömək etməkdir. Mən Ukrayna Nazirlər Kabinetinə belə insanlara dəstək olmaq üçün hərtərəfli proqram hazırlamağı tapşırdım. Bizim vətəndaşlar təəssüf ki, müharibə səbəbindən evlərindən məhrum ediliblər”, - Zelenski şənbə gecəsi videomüraciətində bildirib. Zelenskinin sözlərinə görə, proqram üç hissədən ibarət olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?