GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyadan İstanbula qaçan Çubaysı bitirən müraciət - Video

Rusiyadan İstanbula qaçan Çubaysı bitirən müraciət - Video

Tarix: 24-03-2022, 10:03 Bölmə :Dünya Baxış: 223



Hakim “Vahid Rusiya” partiyası prezidentin dayanıqlı inkişaf üzrə sabiq xüsusi nümayəndəsini “xəyanətdə” ittiham etdi...


Rusiyanın Ukraynadakı müharibəsi Kremlə yaxın oliqarxların arasında illərlə davam edən gizli münaqişələri qızışdırıb. Məlumdur ki, Putinin hərbi əməliyyatlara başlamaq qərarı təkcə Rusiyanın şou-biznesində deyil, oliqarxlar arasında da ciddi etirazla qarşılanıb. Rusiya hakimiyyəti birmənalı olaraq əvvəlki xidmətlərindən asılı olmayaraq, bu əməliyyatlara qarşı çıxıb Ukraynanın tərəfini tutyanları “vətən xaini” elan edib. Onlara ən yaxşı yolun Rusiyadan “rədd olub getmək” olduğu bildirilib. Artıq bir neçə tanınmış şou-biznes nümayəndələri ölkəni tərk ediblər. Onların müharibənin nəticəsindən asılı olmayaraq, nə qədər ki, hakimiyyət dəyişməyib Rusiyaya yolları birdəfəlik bağlanıb.

Kreml sanksiyalardan külli-miqdarda vəsait itirən oliqarxlar arasında da “çatlaq səslər” olacağını gözləyirdi. Belə bir vaxtda isə Putinin İsveçrədə gizlənmiş düşməni Mixail Xodorkovski bir video müraciət yayımladı. Xodorkovskinin qısa videosundakı təqdimatından aydın olur ki, adlarını çəkdiyi adamlarlarla bir-birlərini yaxşı tanıyırlar. Xodorkovski adını çəkdikləri oliqarxlara yaxınlıq əlamətini göstərən “uşaqlar” deyə, müraciət edir. O, bir neçə oliqarxın adını çəkərək onları qəti mövqe ortaya qoymağa çağırıb. “Əks halda, siz mənim düşmənimsiniz, inciməyin” deyə, Xodorkovski müraciətinin sonunda bildirib. Xodorkovsikinin Kremlin hədəfəni çıxardığı yəhudi mənşəli oliqarxlar bunlardır: German Qref,(“Sberbank”ın rəhbəri), Aleksey Kudrin(Rusiya Hesablama Palatasının sədri), Anatoli Çubays (Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi), Roman Abromiviç(“Çelsi”nin sabiq sahibi), Mixail Freydman(“Alfa Qrup”un rəhbəri), Petro Aven(“Alfa-Bank”ın idarə heyətinin üzvü).

Bu müraciətin Rusiyadakı oliqarxları hərəkət gətirəcəyi gözlənilirdi, amma belə görünür ki, Kreml onları qabaqlamaq qərarı verib. Belə anlaşılır ki, adı çəkilənlərin bəzilərinin Putin ən sərt tənqidçilərindən olan Xodorkovski ilə əlaqələri də olub ki, bunlar indi ortaya çıxıb. Təsadüfi deyil ki, bu müraciətdən dərhal sonra ölkə hüdudlarından kənarında olan Freydmanın və Petro Avenin “Alfa-Bank”ın idarəetməsindən uzaqlaşdırılması xəbəri yayılıb. 

Avropa Birliyinin çoxdan sanksiyası altında olan Mixail Freydman bu günlərdə “Bloomberg Businessweek” nəşrinə müsahibəsində gileylənib ki, bütün hesabları dondurulub. “Mən heç vaxt heç bir dövlət şirkətində işləməmişəm və ya heç bir dövlət vəzifəsi tutmamışam. Əgər Avropa İttifaqının məsul şəxsləri hesab edirlərsə ki, bu sanksiyalara görə mən cənab Putinin yanına gedə və ona “xüsusi əməliyyatı” dayandırmalı olduğunu deyə bilərəm, və hesab edirlərsə ki, bu işə yarayacaq, o zaman qorxuram bizim hamımızın böyük problemlərimiz var. Deməli kimlər ki, bu qərarı qəbul edir, Rusiyanın necə qurulduğu barədə anlayışları yoxdur”, - milyarder bildirib.

Xodorkovski kimi yəhudi olan Çubays Yeltsin hakimiyyəti dövründənqalma oliqarxlaşmış kadrdır. Yuxarıda da qeyd etdiyimiz kimi, müharibə oliqarx qruplaşmalar arasında bir-birləri ilə haqq hesab çəkmək fürsəti verib. Hakim “Vahid Rusiya” isə Çibaysı “xəyanətdə” ittiham edib.

"Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays öz istəyi ilə işdən çıxıb. Onun Rusiyadan gedib-getməməsi isə şəxsi işidir". Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Bəli, Çubays öz istəyi ilə işdən çıxıb. Gedib-getməməsi isə öz şəxsi işidir”, - Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, Çubaysın İstanbulda olduğu deyilir.

Xodorkovskinin adını çəkdiklıri digər oliqarxların taleyinə isə yaxın günlərdə aydınlıq gələcək.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rus oliqarxlar ABŞ-la məxfi danışıqlara başladı - Şok

    Rus oliqarxlar ABŞ-la məxfi danışıqlara başladı - ...

    14-01-2018, 22:51

  • 
  • Telman İsmayılov Putini devirməkdə ittiham olunur...

    Telman İsmayılov Putini devirməkdə ittiham ...

    9-07-2015, 16:19

  • 
  • zərbaycan donanması Xəzərdə Rusiyaya qarşı Azərbaycan və Qazaxıstan Rusiyadan asılılığa son qoymağa çalışacaqzərbaycan donanması Xəzərdə Rusiyaya qarşı Azərbaycan və Qazaxıstan Rusiyadan asılılığa son qoymağa çalışacaq

    zərbaycan donanması Xəzərdə Rusiyaya qarşı ...

    16-12-2015, 17:27

  • 
  • Pens: Rusiyaya qarşı sanksiyaların ləğvi Ukraynadakı vəziyyətdən asılı olacaq  Böyüt

    Pens: Rusiyaya qarşı sanksiyaların ləğvi ...

    5-02-2017, 21:02

  • 
  • Rus oliqarxlar yeni ABŞ sanksiyalarının hədəfində

    Rus oliqarxlar yeni ABŞ sanksiyalarının hədəfində ...

    7-04-2018, 12:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu