Gundemxeber.az » Dünya » Rəsmi Seul Pxenyanı təxribatlardan əl çəkməyə və dialoqa çağırdı
Cənubi Koreya Pxenyanı növbəti təxribatlardan çəkinməyə və konstruktiv dialoqa başlamağa çağırır. Bunu Cənubi Koreyanın BMT təhlükəsizlik Şurası yanında daimi nümayəndəsi Ço Hyun Şuranın iclası zamanı bildirib.
O, Koreya yarımadasında nüvəsizləşdirmə və davamlı sülh maraqları naminə KXDR-i BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
“Biz Pxenyanı Koreya Respublikası və ABŞ ilə substantiv dialoqa girməyə çağırırıq”, - Ço Hyun bəyanatında bildirib.
Qeyd edək ki, martın 24-də Pxenyan 2022-ci ildə on ikinci dəfə olaraq qitələrarası ballistik raketin buraxılışını həyata keçirib. Yaponiyanın müdafiə naziri Nobuo Kişi bildirib ki, yeni raket əvvəlkilərlə müqayisədə tamamilə fərqli səviyyə nümayiş etdirib və hətta ABŞ-ın şərq sahillərinə çata bilmək potensialına malik olub.
Gunemxeber.az
16-04-2017, 21:05
14-05-2017, 20:03
11-06-2018, 10:40
16-08-2019, 19:35
11-10-2018, 15:56
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?