Mariupol şəhərinin meri Vadim Boyçenko UNİAN müstəqil xəbər agentliyinə bildirib ki, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Onun dediyinə görə, Rusiya hərbçiləri ətraf ərazilərə nəzarət edirlər. “Şəhər halqadadır və halqa təbii olaraq kiçilir. Başa düşməlisiniz ki, onların (rus qoşunlarının) “azadlıq əməliyyatı keçirmək vəzifəsi yox idi. Şəhərdə 50%-i etnik ruslar yaşayırdı. Tapşırıq şəhəri sakinləri ilə birgə yer üzündən silmək olub. Bu soyqırımdır, bunu başqa cür adlandırmaq olmaz. Bu, generalları və Rusiya silahlı qüvvələri ilə birlikdə Putinin törətdiyi hərbi cinayətdir. Putini və bütün Rusiya ordusunu hərbi tribunal gözləyir”, – Boyçenko bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?