Gundemxeber.az » Dünya » Ukrayna əsir düşən rus hərbçilərinə işgəncə ilə bağlı təsdiqlənməmiş xəbərləri araşdıracağını bildirib
Ukrayna əsgərlərinin Moskvanın işğalından sonra döyüşlərdə əsir düşən rus hərbçilərinə işgəncə verməsi ilə bağlı təsdiqlənməmiş xəbərləri araşdıracağını bildirib.
Prezident Volodimir Zelenskinin müşaviri Oleksiy Arestoviç martın 28-də Telegram-da “Biz belə hallara son dərəcə ciddi yanaşırıq. İstintaq aparılacaq. Biz hərbi əsirlərə işgəncə vermirik” - deyə, yazıb
Arestoviç bu məlumatı sosial şəbəkələrdə ukraynalı əsgərlərin Ukraynada Rusiya əsgərlərini əsir götürüldükdən sonra onlara fiziki işgəncələr verdiyini əks etdirən videodan sonra dərc edib.
Videoda ələ keçirilən azı üç rus əsgərinin ayaqlarından güllələndiyini, bəzilərinin isə başlarında ağ torba olduğunu görmək olub.
O, “müdafiə qüvvələrinin hər bir üzvünə belə davranışın qətiyyən yolverilməz olduğu və bunun hərbi cinayət olduğu bildiriləcək” - deyə, əlavə edib.
Arestoviçin açıqlamasında təsdiqlənməyən hadisənin martın 25-də Xarkovun şərqindəki kəndlərdən birində baş verdiyi bildirilib.
Videonun məzmunu müstəqil şəkildə təsdiqlənməyib və bəziləri bunun Rusiyanın Ukrayna əsgərlərini gözdən salmaq cəhdi ola biləcəyi barədə xəbərdarlıq edib.
Fevralın 24-də Rusiya Ukraynaya hücuma başlayandan bəri hər iki tərəf bir-birini hərbi cinayətlərdə ittiham edir.
Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujniy Facebook səhifəsində “Ukrayna silahlı qüvvələrinin və digər qanuni hərbi birləşmələrin hərbi qulluqçularının beynəlxalq humanitar hüquq normalarına ciddi əməl etdiyini vurğulayıram”- deyə, bildirib./amerikaninsesi.org/
19-03-2015, 12:28
14-01-2015, 14:16
4-02-2016, 21:09
12-07-2019, 10:29
7-09-2015, 17:41
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?