«Rus dili» anlayışı «Rusiya dili» anlayışı ilə əvəzlənməlidir. Ukrayna prezidenti Vladimir Zelenskinin müşavirlərindən biri – Nikita Poturayev buna əmindir. Onun bu barədəki bəyanatını «Ukrlife» telekanalı «You Tube»-da yayımlayıb.
Siyasətçi «rus dili»nin qədimliyini də qeyd edib və bildirib ki, Ukrayna əhalisinin bir hissəsi bu dildə danışır: «Bu, açıq gorünür – həm qramatik, həm leksik, həm də ədəbi baxımdan fərqlənir».
Onun sözlərinə görə, Rusiyanın özünün adını da dəyişdirmək lazımdır. Müşavirin sözlərinə görə, buna «Moskoviya» adı uyğun gəlir.
Məlumat üçün bildirək ki, Poturayev Zelenskinin «Xalqın nökəri» partiyasından Ali Radanın deputatlığına öz namizədliyini irəli sürüb.
Müşavirin fikirlərinə bir mətləbi də əlavə yeimək yerinə düşərdi. Tanınmış kumık tarixçisi Murad Acı («Qıpçaq çölünün yovşanı» adlı fundamental əsərin müəllifi) sübut edir ki, dünyada «rus» adlı millət yoxdur, çünki «russkiy» kəlməsi millət anlamına gəlmir. «Russkiy» sözü «kim» sualına cavab vermir, «kiminki» sualına cavab verir. Murad bəy «russkiy» sözünün məhz haradan meydana gəldiyinin izahını da verir. Yazır ki, İsveç işğalı dövründə küçə-bacada yerli əhalidən kimi isə görərkən, soruşarmuşlar -«Çey?» («kiminkidir?»). Digəri də cavab verərmiş: «Rosskiy». Yerli əhali hündürboylu, sarışın saçlı isveçliləri «roslıy» («hündürboylu») adlandırımış. Məsələn, belə: «On çey?» – «Rosskiy» (O kimminkidir? – «hündürboylununkudur»).
Belədə, ukraynalı müşavirin sözlərinin həqiqət olduğuna şübhə yeri qalmır…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?