GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Zelenski BMT Təhlükəsizlik Şurasına: Rusiya ordusu Ukraynada hərbi cinayətlərə görə dərhal məsuliyyətə cəlb edilməlidir

Zelenski BMT Təhlükəsizlik Şurasına: Rusiya ordusu Ukraynada hərbi cinayətlərə görə dərhal məsuliyyətə cəlb edilməlidir

Tarix: 6-04-2022, 10:41 Bölmə :Dünya Baxış: 260



Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı BMT-nin Təhlükəsizlik Şurasına deyib ki, dünya Rusiyanın Kyiv ətrafında yerləşən Buçada son bir neçə gündə aşkar edilən vəhşicəsinə edamlar, zorlamalar və mülki şəxslərə hücumlardan başqa Ukraynanın digər şəhərlərində etdiyi vəhşilikləri barədə “tam həqiqəti hələ öyrənməyib.”

“İndi dünya Rusiyanın etdiklərini görə bilir,” Zelenski BMT-ni “dünyaya Rusiyanın necə cəzalandırılacağını göstərməsi” üçün çağırış etdiyi BMT-də video müraciətində bildirib.

Mavi-sarı rəngdə Ukrayna bayrağının önündə oturan Zelenski deyib ki, Rusiyanın beş həftədən çoxdur davam edən hərbi müdaxiləsi və ölkəsinə hücumu “qlobal təhlükəsizliyin bütün quruluşunu sarsıdır.”

“Rusiya ordusu dərhal məsuliyyətə cəlb edilməlidir,” o deyib. O, BMT-nin necə davranmasını istədiyini deməsə də, bundan öncə dəfələrlə Qərbi Ukraynaya daha çox hərbi yardım etməyə və daha çox ölümcül silahla təmin etməyə çağırıb. Təhlükəsizlik Şurasında veto hüququna malik Rusiya, şübhəsiz ki, Birləşmiş Millətlər Təşkilatının müharibəyə birbaşa müdaxilə etmək cəhdinin qarşısını alacaq.

Zelenski deyib ki, “Ukraynanın” hər şeydən çox “sülhə ehtiyacı var, Avropanın sülhə ehtiyacı var, dünyanın sülhə ehtiyacı var.” O, BMT-ni İkinci Dünya Müharibəsindən sonra yaradıldığı zaman qəbul etdiyi prinsiplərə uyğun olaraq hərəkət etməyə və qlobal sabitlik qüvvəsi kimi fəaliyyət göstərməyə çağırıb.

ABŞ Dövlət katibi Antoni Blinken Ukrayna münaqişəsi ilə bağlı əlavə müzakirələr aparmaq üçün Brüsseldə NATO xarici işlər nazirlərinin görüşünə getmək üçün Vaşinqtonu tərk edərkən müxbirlərə deyib ki, Buçada üzə çıxan dəhşətlər “özbaşına hərəkət edən bir əsgərin təsadüfi əməli deyil. Bu, qəsdən öldürmək, işgəncə vermək, zorlamaq, vəhşilik törətmək kampaniyasıdır. Xəbərlər kifayət qədər etibarlıdır, dünyanın görməsi üçün sübutlar var.”

O deyib ki, Rusiyanın əməlləri “bizim və dünya boyu ölkələrin bu əməlləri törədənləri və ya onlara göstəriş verənləri hər hansı bir yolla, indi və ya başqa bir gün məsuliyyətə cəlb etmək qətiyyətini” gücləndirir.

Blinken əlavə edib ki, “Bizim Ukraynanı Rusiyanın təcavüzünə son qoymaq üçün apardığı cəsarətli mübarizədə dəstəkləməyə davam etmək və əlbəttə ki, bu təcavüzü dayandırmaq üçün Rusiyaya təzyiqi davam etdirmək və artırmaq məqsədilə əlimizdən gələni edəcəyimizə dair güclü bir əzmimiz var.”

Zelenksinin BMT-dəki çıxışı ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vlaidmir Putinin müharibə cinayətləri səbəbilə mühakimə olunmalı olduğunu söyləməsindən bir gün sonraya təsadüf edib.

Moskva Buçada mülki şəxsləri öldürüldüyünə dair ittihamları rədd edib. Rusiya Xarici işlər nazizi Sergey Lavrov orada olanları “Rusiya əleyhinə səhnələşdirilmiş təxribat” adlandırıb. Rusiyanın BMT-dəki səfiri deyib ki, o, çərşənbə axşamı Təhlükəsizlik Şurasının iclasına “fakta əsaslanan sübutlar” təqdim edəcək.

Maxar Technologies peyk şirkətinin sözçüsü bazar ertəsi bəyanatda bildirib ki, martın ortalarında Buça üzərində əldə olunan görüntülər “bu yaxınlarda sosial mediada küçələrdə cəsədlərin olduğunu və onların həftələr boyu orada qaldığını göstərən video və fotolar” təsdiq edir.

Britaniyanın müdafiə nazirliyi çərşənbə axşamı deyib ki, Ukrayna qüvvələri “Rusiya qüvvələrini Çernihiv ətrafı və Kyivin şimalından geri gəkilməyə məcbur edəndən” sonra ölkənin şimalı hissəsində əraziləri geri alıblar. Nazirlik əlavə edib ki, həmin Rusiya qüvvələrinin Ukraynanın şərqində döyüşə hazır olmaları üçün “böyük ehtimalla yenidən təchiz olunmağa” ehtiyacları olacaq.

Ukrayna baş qərargahlar rəisi deyib ki, hazırda Rusiyanın əsas diqqətində şərqdəki Donetsk və Luhansk regionlarıdır və həmin ərazilər üzərində “tam nəzarəti” təmin etmək üçün qoşunlarını yenidən qruplaşdırır.

Buça və digər şəhərlərdə dağıntı səhnələri Moskvaya qarşı ciddi qınaqlara səbəb olub.

İtaliya və Danimarka çərşənbə axşamı Rusiya diplomatlarını ölkədən çxıardıqlarını elan edib. Bundan öncə Litva, Fransa və Almaniya da bənzər addımlar atıb.

“Xatırlayırsınızsa, mən Putini müharibə cinayətkarı adlandırdığıma görə tənqid olunmuşdum,” Bayden bazar ertəsi müxbirlərə deyib. “Həqiqət budur ki, siz Buçada baş verənləri gördünüz. Bu onun hərbi cinayətkar olduğunu sübut edir. Amma biz məlumat toplamalıyıq.”

“Bu insan qəddardır və Buçada baş verənlər biabırçılıqdır və hər kəs bunu görür,” Bayden Putinə istinad edərək bildirib. “Bəli mən sanksiyalar əlavə etməyə davam edəcəyəm,” Bayden əlavə edib.

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton Ukraynanın tələbi ilə iddia olunan vəhşiliklərlə bağlı sübutlar toplayacaq çoxmillətli prokuror komandasını dəstəkləyəcək.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib

    ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib ...

    18-09-2020, 10:39

  • 
  • Zelenski: “Mənə yalnız bir nəfər təzyiq edə bilər”

    Zelenski: “Mənə yalnız bir nəfər təzyiq edə bilər” ...

    25-09-2019, 15:32

  • 
  • BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

    BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi ...

    1-03-2014, 10:56

  • 
  • ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi - QÜDSLƏ BAĞLI

    ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi ...

    9-12-2017, 18:16

  • 
  • Krım məhkəməsi Ukrayna dənizçilərinin həbsi haqda qərar verib

    Krım məhkəməsi Ukrayna dənizçilərinin həbsi haqda ...

    28-11-2018, 11:22


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu