Gundemxeber.az » Dünya » ABŞ ukraynalı qaçqınların qəbulunu sürətləndirib
Rusiyanın işğalından qaçan daha çox qaçqın ABŞ-Meksika sərhədində ölkəyə qəbul edilən ukraynalıların sayını kəskin şəkildə artırıb.
Meksika ilə həmsərhəd şəhərdə bir hökumət istirahət mərkəzi cümə axşamı günü təxminən 1000 qaçqın üçün sığınacaq çevrilib. Cəmi iki gün əvvəl altında uşaqların futbol oynadığı çardağa ikimərtəbəli çarpayılar düzülülb.
Tixuana qəfildən ABŞ-a sığınan ukraynalılar üçün son dayanacağı olub, burada onları qəbul etməyə hazır olan dostlar və ailələr toplaşıb. Onlar ABŞ-ın Avropadan daha uyğun sığınacaq olacağına əmindirlər.
Tijuana hava limanı da müvəqqəti sığınacaqlar verir . Qaçqınlar ABŞ rəsmilərinin onları qəbul etməsini iki-dörd gün gözləyirlər.
İki həftədən az müddət ərzində könüllülər ABŞ və Meksika rəsmiləri ilə ərzaq, təhlükəsizlik, nəqliyyat və sığınacaqla bağlı səmərəli və genişlənən şəbəkə qurmaq üçün iş aparır.
Tijuana şəhərinin miqrantlarla iş üzrə direktoru Enrike Luseronun dediyinə görə, ABŞ rəsmiləri çərşənbə günü San Dieqoda müvəqqəti olaraq ictimaiyyət üçün bağlı olan piyada keçidinə ukraynalıları göndərməyə başlayıb və orada gündə 578 nəfər 24 zabitin yardımı ilə ölkəyə qəbul edilir.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi son iki gündə əməliyyatlar və planlarla bağlı suallara cavab olaraq rəqəmlər təqdim etməyib, yalnız humanitar işlərlə məşğul olmaq üçün San Dieqoda obyektləri genişləndirdiyini bildirib.
ABŞ ilə ən sıx sərhəd keçidinin yaxınlığında yüzlərlə ukraynalının saxlanıldığı Tijuana düşərgəsi sökülüb. Qaçqınlar gözləmək üçün istirahət mərkəzinə, kilsələrə və otellərə göndərilib./amerikaninsesi.org/
26-01-2017, 23:26
21-06-2018, 15:40
2-10-2020, 11:48
26-11-2018, 15:33
26-01-2017, 23:14
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?