GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ Dövlət Departamenti 2021-ci il dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqladı

ABŞ Dövlət Departamenti 2021-ci il dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqladı

Tarix: 13-04-2022, 13:30 Bölmə :Dünya Baxış: 207

Aprelin 12-də ABŞ Dövlət Departamenti 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Dövlət katibi Antoni Blinken Dövlət Departamentində hesabatla təqdim edib və jurnalistlərin suallarını cavablandırıb.

İllik hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntuları olduğu qeyd edilib. Hesabatda qanunsuz və ya özbaşına qətllər, işgəncə, güc strukturları tərəfindən qəddar rəftar, qanunsuz və ya özbaşına həbslər, siyasi məhbuslar, ölkədən xaricdə olan fərdlərə qarşı siyasi repressiyalar, cinsi orientasiyaya görə fərdlərə qarşı polis zorakılığı, ağır həbsxana şəraiti kimi pozuntular qeyd edilir.

Əlavə olaraq, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair hesabatının Azərbaycan hissəsində məhkəmə sisteminin müstəqilliyi ilə geniş yayılmış problemlərin olduğu, jurnalistlərə qarşı zorakılıq, o cümlədən bəzi jurnalistlərin təqib edilməsi və şübhəli ittihamlarla həbsi, internet azadlığının məhdudiyyəti, bəzi vebsəhifələrin bloklanması, toplaşma və birləşmə azadlığının de fakto qadağan edilməsi, siyasi iştiraka ciddi məhdudiyyətlər, hökumət korrupsiyası, o cümlədən uşaq əməyinin mövcudluğu kimi pozuntular daxil edilib.

Hesabatda qeyd edilir ki, 2020-ci ildə Azərbaycan, Ermənistan və Ermənistanın dəstəklədiyi separatçıların iştirakı ilə 44 günlük intensiv döyüşlərdən sonra sərhəd boyu ara-sıra toqquşmalar baş verib və bu, bəzi hallarda ölüm və həbslərlə nəticələnib. O cümlədən hesabatda bildirilir ki, Azərbaycan hökuməti 41 erməni məhbusunun olduğunu etiraf etməklə yanaşı, əlavə 25 erməni hərbçinin saxlandıqdan sonra yoxa çıxması ilə bağlı ittihamları inkar edib.

Hesabatda Azərbaycanın ölkə qanunvericiliyinə əsasən hüquqi proseslərdə yalnız Vəkillər Kollegiyasının üzvlərinin iştirak etməli olduğu və son ildə bu quruma daxil edilən vəkillərin sayının 1833-dən 2132-yə qədər artmasına baxmayaraq, yeni üzvlərin böyük əksəriyyətinin kollegiyadan uzaqlaşdırıla biləcəklərindən çəkindikləri üçün insan haqları ilə bağlı işlərdə iştirak etmədiyi deyilir.

Həmçinin hesabatda Azərbaycan qeyri-hökumət təşkilatlarının ölkədə 122 siyasi məhbus olduğunu hesab etdiyi qeyd edilir. Əlavə edilir ki, 2021-ci il 18 martda prezident əfvi nəticəsində 625 nəfər azadlığa buraxılsa da, insan haqları müdafiəçiləri onlardan yalnız 38-nin siyasi məhbus olduğunu bildiriblər.

ABŞ Dövlət Departamentinin 2021-ci il üçün hazırladığı hesabatda Azərbaycan hökumətinin 100-dən çox fərdin müxtəlif növ işgəncələrə məruz qaldığı və bunun nəticəsidə 8 nəfərin həlak olduğu Tərtəş işini etifar etməsi də qeyd edilir. Bildirilir ki, 2017-ci ildə 100-dən çox hərbçi və vətəndaş Ermənistana casusluq etmək ittihamı ilə həbs edilib və onlardan 27-si keçən ilin sonuna qədər hələ də həbsdə idi. Əlavə edilir ki, həmin insanlardan bəzilərini 20 ilə qədər həbs müddəti gözləyir və onlar siyasi məhbus hesab edilir.

O cümlədən, hesabatda dekabr ayında Milli Məclisin vətəndaş cəmiyyəti, müstəqil jurnalistlər və beynəlxalq ictimaiyyətdən təklifləri nəzərə almadan sürətli şəkildə yeni media qanununu qəbul etməsi də qeyd edilir.

Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı bildirilir.

ABŞ Dövlət Departamentinin 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatı 198 ölkəni əhatə edir. Hesabatda bildirilir ki, bir çox ölkədə insan hüquqları pozuntularının baş verdiyi, demokratiyanın tənəzzül etdiyi və avtoritarizmin gücləndiyi bir dövrdə bu pozuntulara diqqət yetirmək olduqca önəmlidir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Departamenti dünya ölkələrində din azadlığına dair illik hesabatını açıqlayıb

    Dövlət Departamenti dünya ölkələrində din ...

    30-05-2018, 10:10

  • 
  • Oqtay Gülalıyevin adı ABŞ Dövlət Departamentinin hesabatında - TƏFƏRRÜAT

    Oqtay Gülalıyevin adı ABŞ Dövlət Departamentinin ...

    31-03-2021, 12:00

  • 
  • Dövlət Departamenti: Azərbaycanda işgəncələr, siyasi həbslər davam edir

    Dövlət Departamenti: Azərbaycanda işgəncələr, ...

    23-04-2018, 11:55

  • 
  • BMT: Krımda Rusiyanın işğalı altında insan haqlarının durumu kəskin pisləşib

    BMT: Krımda Rusiyanın işğalı altında insan ...

    26-09-2017, 09:33

  • 
  • Azərbaycanlı qızları İran üzərindən Dubaya daşıyırlar – HESABAT

    Azərbaycanlı qızları İran üzərindən Dubaya ...

    3-07-2017, 19:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu