Gundemxeber.az » Dünya » Ukrayna ABŞ-dan milyardlarla dollar iqtisadi yardım istədi
Ukrayna ABŞ administrasiyasından ayda ən azı 2 milyard dollar fövqəladə iqtisadi yardım istəyir və bunu onunla əsaslandırır ki, vəsait olmasa, ölkədə humanitar böhran daha da pisləşə bilər.
Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.
Marçenkonun dediyi kimi, bu pul pensiyaların ödənilməsi, səhiyyə və təhsil işçilərinin maaşları, eləcə də digər humanitar ehtiyaclar üçün lazımdır.
“Biz lazımi maliyyəni cəlb etmək və bu müharibədə qalib gəlmək üçün bu boşluğu dərhal doldurmalıyıq”, – deyə nazir qeyd edib.
Marçenko Vaşinqtona səfəri zamanı amerikalı rəsmilərlə görüşlərdə bəyan edib ki, Kiyevin aprel, may və iyun aylarında təcili xərclərini ödəmək üçün ayda ən azı beş milyard yardıma ehtiyacı var və bunun da iki milyard dollarının ABŞ-dan ayrılmasını istəyir. Bundan əlavə, ölkənin yenidən qurulması üçün daha uzunmüddətli ehtiyaclarla bağlı gələcəkdə daha bir müraciət gözlənilir.
25-09-2020, 11:47
10-04-2018, 23:50
28-02-2014, 13:50
12-06-2015, 08:30
15-04-2014, 10:59
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?