Qarabağdakı separatçılar müharibədən əvvəl 100 istehkam tikmək istəyirmişlər. Lakin müharibə onların planlarını həyata keçirməyə imkan verməyib. GundemXeber.Azn JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu separatçıların rəhbəri Araik Hharutyunyan deyib.
O bildirib ki, müharibədən öncə yeraltı bunkerlər və müdafiə qalaları inşa etməyi planlaşdırıblar. “Belə bunkerlərin sayı 100 olmalı idi. Biz bilirdik ki, müharibə qaçılmazdır. Ona görə, hazırlıq görməyə başlamışdıq. Lakin müharibə həmin bunkerlərin inşasına imkan vermədi”. Harutyunyan deyib ki, müharibədən əvvəl həmin bunkerlərdən 17-nin inşasına start verilsə də, sentyabrın 28-nə kimi, onlardan yalnız biri hazır olub. “Həmin bunker sayəsində yüzələrlə erməni əsgəri ölümdən xilas olmağı bacardı. Təəssüf ki, müharibə tez başladı. Əgər 6 ay gec başlasaydı, itkilərimiz çox az olacaqdı”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?