Ermənilər Zəngəzurda bunker tikir. Gundemxeber.az bildirir ki, adətən, bu müharibə taktikasından XIX, XX əsrlərdə istifadə edirdilər.
Alman təyyarələri qarşısında SSRİ milyonlarla bunker inşa etmişdi. Siyasi şərhçi Əziz Əlibəyli qeyd edir ki, bu gün açığı bunkerlərin heç bir önəmi qalmayıb: " Füzulidə düşmənin 10 metrlərlə dərininə inşa edilən bunkerin darmadağın edilməsi bunun sübutu idi. Bir dövlət nəyə görə bunker inşa etsin ki? Ağla bir versiya gəlir - canlı itkini minimuma salmaq və qorumaq üçün belə bir sığınacağa möhtacdırlar ki, burda da önə müharibəyə hazırlaşırlar mesajı verilir. İkincisi, Azərbaycanın silahları güclüdür deyə bunker inşa etməyə sadəcə məcburdurlar. Üçüncüsü, Qarabağdakı əksər bunkerlər "Harop" dağıdıcı dronu vasitəsilə məhv edilib. Tikin görək, nə qədər əsgərə məzar olacaq".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?