ABŞ Senatı Rusiyanın hərbi müdaxiləsi qarşısında Ukraynaya daha effektiv şəkildə silah və digər təchizat göndərməyə imkan verəcək Lend-Lease proqramının bərpası ilə bağlı qanun layihəsini təsdiqləyib. Bəs, Lend-Lease proqramının bərpası Rusiya-Ukrayna müharibəsinin taleyinə təsir göstərəcək?
Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, rəsmi Vaşinqton sonuncu dəfə 20-ci əsrin qlobal münaqişəsi - İkinci Dünya müharibəsi zamanı istifadə edilən qeyri-adi taktikaya əl atıb: “Bu, ABŞ və müttəfiqlərinin Rusiyanın işğalçı siyasətini dünyanın mövcud liberal nizamı üçün təhlükə hesab etdiyinə aydın işarədir.
2022-ci il Ukraynada demokratiyanın müdafiəsi üçün Lend-Lease qanunu bürokratik prosedurları keçmədən Ukraynaya mühüm hərbi malların və digər həyati vacib materialların təhvil verilməsini sürətləndirəcək".
Yeganə Hacıyeva
Ekspert qeyd etdi ki, İkinci Dünya müharibəsinin müqəddəratını dəyişən Lend-Lease proqramı mürəkkəb prosedurları keçmədən müttəfiqlərin silah və digər hərbi-texniki tədarükünü tez bir zamanda təmin etməyə imkan verdiyi üçün faşist Almaniyasına qarşı mübarizədə dönüş nöqtələrindən biri hesab olunur: “ABŞ Konqresinin Nümayəndələr Palatası təsdiqlənməsi və prezident Baydenin imzalaması ilə Hitler Almaniyasına qarşı tətbiq edilmiş və müharibənin müqəddəratını həll etmiş Land-Lease proqramı indi Rusiyaya qarşı tətbiq ediləcək. Bu isə həm də Rusiya-Ukrayna müharibəsində dönüş deməkdir”.
Sorğu
Yeni dizaynımız necədir?