GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Ukraynada demokratiya ilə diktatura savaşır”

“Ukraynada demokratiya ilə diktatura savaşır”

Tarix: 11-05-2022, 19:22 Bölmə :Dünya Baxış: 291


Nensi Pelosi: "Bu savaşda demokratiya qalib gəlməlidir”


Mayın 10-da ABŞ Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollardan çox əlavə yardımı səs çoxluğu ilə təsdiqləyib.

Məqsəd Ukraynaya hərbi yardım axınını davam etdirmək və Rusiyanın hərbi müdaxiləsi ilə mübarizə aparan Kiyev hökumətini gücləndirmək, onlara dəstək olmaqdır.

"Reuters” yazır ki, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinə sədrlik edən Rosa De Lauro xərclər paketini dəstəkləməyə çağırış edərkən deyib: "Bu qanun layihəsi demokratiyanı qoruyacaq, Rusiyanın təcavüzünü məhdudlaşdıracaq və öz milli təhlükəsizliyimizi gücləndirəcək. Ən əsası, Ukraynanı dəstəkləyəcək”.

ABŞ Prezidenti Co Bayden iki həftə əvvəl Konqresdən Ukraynaya əlavə 33 milyard dollar yardımı təsdiq etməyi xahiş etmişdi. İndi isə hərbi və humanitar maliyyəni artırmaq qərarına gəlinib.

Bayden bildirmişdi ki, Ukraynaya mövcud müdafiə yardımı may ayının sonunda bitir.

O, bundan əvvəl qanun layihəsini imzalaya bilmək üçün Konqresi tez hərəkət etməyə çağırmışdı.

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova çərşənbə axşamı günü həm demokrat, həm də respublikaçı senatorlara həftəlik nahar yeməyində kömək üçün müraciət edib.

"Bu, çox səmimi və asan başadüşülən mesaj idi: Ukraynada insanlar ölür. Oradakı insanların lazımi ləvazimatları və sursatları tükənir. Onların tez bir zamanda köməyimizə ehtiyacı var. Hər hansı köməyiniz üçün öncədən təşəkkür edirik. Lakin gələcək köməyi zəhmət olmasa sürətləndirin”, – deyə demokrat senator Dik Durbin Markarovanın çıxışından sonra bildirib.

Senatın Xarici Əlaqələr Komitəsinin üzvü və Senatın Ukrayna üzrə kokusunun rəhbəri, respublikaçı senator Rob Portman qanun layihəsinin Senatdan keçməsi üçün kifayət qədər respublikaçıdan dəstək gözlədiyini bildirib.

"Düşünürəm ki, bu, keçəcək. Cümhuriyyətçilərin əhəmiyyətli dəstəyi olacaq”, – deyə o bildirib.

Bildirilir ki, nəzərdə tutulan yardımın 15 milyard dollara yaxını Ukrayna ordusu üçün silah və hərbi texnika alınmasına xərclənəcək.

14 milyard dollar humanitar yardıma, ukraynalı qaçqınlara dəstəyə ayrılacaq.

5 milyard dollar buğda qıtlığının nəticələrini aradan qaldırmağa sərf olunacaq. Çünki müharibə nəticəsində Ukraynadan buğda və qarğıdalı ixracı dayanıb.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, ABŞ Ukraynaya dəstək verməklə demokratiyanın diktatura ilə savaşını dəstəkləyib: "Bu savaşda demokratiya qalib gəlməlidir. Ukrayna xalqı həm öz demokratiyası, həm də bizimki uğrunda savaşır”.

Rusiya fevralın sonunda Ukraynaya hərbi müdaxiləyə başlayandan bu yana Konqres ikinci dəfədir bu ölkəyə böyük məbləğdə yardım ayırır.

Martda ayrılan yardımın məbləği 13.6 milyard dollar olub.

Növbəti qanun layihəsi Senatdan keçəndən sonra Ukrayna müharibə başlayandan ABŞ-dan 50 milyard dollardan çox yardım almış olacaq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollarlıq əlavə yardımı təsdiqləyib

    ABŞ Nümayəndələr Palatası Ukraynaya 40 milyard ...

    11-05-2022, 19:06

  • 
  • G7 ölkələrinin iqtisadi rəhbərləri Ukraynaya yardımı müzakirə edib

    G7 ölkələrinin iqtisadi rəhbərləri Ukraynaya ...

    11-04-2014, 11:03

  • 
  • Bayden Konqresdən 715 milyard dollar tələb edir

    Bayden Konqresdən 715 milyard dollar tələb edir ...

    10-04-2021, 11:54

  • 
  • Nümayəndələr Palatası hərbi əməliyyatlara dair Konqresin təsdiqini tələb edən qətnamə qəbul edib

    Nümayəndələr Palatası hərbi əməliyyatlara dair ...

    11-01-2020, 12:29

  • 
  • Səfir Sondland: Tramp Ukraynaya yardımı təhqiqatla şərtləndirib

    Səfir Sondland: Tramp Ukraynaya yardımı ...

    21-11-2019, 11:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu