Mayın 11-də Ukrayna ölkədən keçərək Avropadakı evləri və sənaye obyektlərini qazla təmin edən Rusiyaya məxsus boru kəmərini bağlayıb.
Ukraynanın təbii qaz boru kəməri operatoru bildirib ki, qərara səbəb Rusiyanın ölkənin şərqində dəstəklədiyi separatçıların nəzarətində olan qovşaq vasitəsilə qüvvələrinə dəstək göndərməsinin qarşısını almaqdır. Üstəlik kəmərdən açıq aşkar sızıntılar mövcuddur.
Qərbi Avropaya gedən Rusiya qazının təxminən üçdə biri Ukraynadan keçir. Lakin analitik deyir ki, onun böyük hissəsini başqa boru kəmərlərinə yönləndirmək mümkün olduğu üçün təsir dərhal hiss edilməyə bilər.
Rusiyanın dövlət şirkəti "Qazprom" bildirib ki, Ukrayna vasitəsilə Avropaya qaz nəqli ötən günlə müqayisədə 25% azalıb.
Avropa İttifaqı Moskvanın Ukraynaya 11 həftədir işğala başlaması ilə evlər və yanacaq sənayesində istifadə edilən Rusiya enerjisindən əhəmiyyətli dərəcədə asılılığına son qoymağa çalışır.
Bununla belə, 27 üzvlük blok Macarıstan olmaqla bir neçə üzvdən əks reaksiya alıb. Rusiyadan enerji təchizatının kəsiləcəyi təqdirdə iqtisadiyyatının böyük zərbə alacağı bildirilir.
Bu arada Moskvanın qondarma şəkildə qurduğu Xerson vilayəti administrasiyası rəhbərinin müavini Kirill Stremousov Rusiyanın RİA Novosti agentliyinə deyib ki, "Xerson şəhəri Rusiyadır".
O, Putindən Luhansk və Donetsk olduğu kimi Xersonu da Rusiyanın müvafiq bölgəsi elan etməyi xahiş edib.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, belə bir tələblə çıxış etmək "Xerson vilayətinin sakinlərinə aid olacaq" və müvafiq addımların atılması üçün "tamamilə aydın" hüquqi əsasın olmasına əmin olmaq lazımdır.
Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak yazdığı tvitində ilhaqla bağlı çağırışı ələ salaraq "işğalçılar hətta Marsa və ya Yupiterə də qoşulmağı xahiş edə bilər. Ukrayna ordusu nə olursa olsun, Xersonu azad edəcək". Xerson təxminən 300 min əhalisi olan Qara dəniz limanıdır və qonşu Krımın şirin suya çıxışını təmin edir. Rus qoşunları şəhəri hələ müharibənin ilk həftələrində ələ keçirib./amerikaninsesi.org/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?