Şimali Koreyada pandemiya böhranı günü-gündən böyüyür.
Gundemxeber.Az bizimyol.info-ya istinadla xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In tez-tez təşkil etdiyi nəhəng hərbi paradlarda ölkəsinin qüdrətini nümayiş etdirmək və lovğalamaqla məşhurdur. Kimin bu marağı, deyəsən, ona baha başa gəlib.
Belə ki, koronavirus epidemiyası başlayandan bəri ölkədə heç bir yoluxma olmadığını, xalqını peyvənd etmədiyini və sərhədlərini bağlamaqdan başqa heç bir tədbir görmədiyini bəyan edən Şimali Koreya hazırda yoluxmaların çoxalması ilə sarsılıb.
Bütün bunlara görə aprelin 25-də keçirilən Şimali Koreyanın böyük hərbi paradının məsuliyyət daşıdığı düşünülür. Keçən ay tədbirə gedən əsgərlərdə xəstəlik açkarlandığı bildirilir.
KCNA dövlət mediasının bu gün yaydığı son hesabata görə, ölkədə 1,2 milyon hərarətli şəxs qeydə alınıb.
Şimali Koreyanı əhatə edən xarici xəbər saytları və tədqiqat təşkilatlarına görə, Çinlə sərhəddə yerləşən Sinuiju şəhərində bir neçə mühafizəçi bu ayın əvvəlində xəstəliyin simptomlarını göstərməyə başlayıb.
Adının açıqlanmasını istəməyən sərhəd zastavasının rəsmisi açıqlamasında bildirib: "Onlarda yüksək hərarət və kəskin respirator simptomlar var idi və səhiyyə işçiləri tərəfindən aparılan müayinədən sonra onların Omicron variantına yoluxduqları təsdiqləndi. Testi müsbət çıxanların əksəriyyəti zabit və əsgərlər olub”.
Xatırladaq ki, Şimali Koreya aprelin 25-də ordusunun yaranmasının 90-cı ildönümünü qeyd etmək üçün 20.000-dən çox əsgərin iştirak etdiyi və ölkənin ən müasir silahlarını nümayiş etdirən kütləvi hərbi parad keçirib.
Şimali Koreyanın dövlət mediası tərəfindən yayımlanan fotoşəkillərdə Pxenyanın Kim İl Sen Meydanında maskasız və sosial məsafədən uzaq olan böyük izdiham aydın görünür.
Qeyd edək ki, pandemiya başlayandan bəri Şimali Koreya hələ bir yoluxma hadisəsi barədə məlumat verməmişdi. Mütəxəssislər isə bu vəziyyətin doğruluğuna davamlı olaraq şübhələrini dilə gətirirdilər.
Onu da əlavə edək ki, mütəxəssislər bildirirlər ki, Şimali Koreya dünyanın ən pis səhiyyə sistemlərindən birinə malikdir
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?