Gundemxeber.az » Dünya » Behzad Paşazadə Urmiyə kəşfiyyatında dindirilib
İranda Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyə şəhərinin sakini Behzad Paşazadə kəşfiyyat idarəsində dindirildiyi bildirilir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, türk fəal Behzad Paşazadə mayın 28-də Urmiyənin təhlükəsizlik qüvvələri tərəfindən çağırılaraq, bir neçə saat sorğu-suala çəkilib.
Sorğu sual edilən azərbaycanlı fəalın həmin gün sərbəst buraxıldığı bildirilir.
Bölgədə fəaliyyət göstərən hüququ müdafiəçilərinin yaydığı məlumata əsasən, Paşazadə dinc fəaliyyətlərindən dolayı 2011-ci il Urmiyə gölü ilə əlaqədar və 2015-ci il İran Azərbaycanında baş tutan anti irqçi aksiyalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Gundemxeber.az
28-02-2020, 12:20
18-12-2018, 10:38
24-01-2018, 22:35
30-01-2020, 12:20
28-02-2020, 12:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?