GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » 27 dövlətin başçısı Rusiyaya qarşı: - Brüsseldə gərgin müzakirələr başlayıb

27 dövlətin başçısı Rusiyaya qarşı: - Brüsseldə gərgin müzakirələr başlayıb

Tarix: 31-05-2022, 11:38 Bölmə :Dünya Baxış: 305

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib. GUNDEMXEBER.AZ Reyting.az-a istinadla xəbər verir ki, 27 ölkə liderinin iştirak etdiyi tədbir Avropa Şurasının sədri Çarlz Mişelin sədrliyi ilə keçirilir. İki gün davam edəcək sammitdə liderlər əsasən enerji böhranını, ərzağın artan qiymətlərini və Rusiya-Ukrayna müharibəsinin müzakirəyə çıxaracaqlar.

Sammitin gündəliyində Aİ ölkələrinin Rusiyanın neft və qazından asılılığına son qoymaq üçün atılacaq addımların müzakirəsi də var.

Sammitdən əvvəl Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell bəyan edib ki, üzv dövlətlərin başçılarına razılaşma təklifi təqdim edəcəklər.

Aİ Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan bahalaşma, artan ərzaq qiymətlərinin həlli yollarını axtaracaq. Ukraynada taxıl məhsullarının Aİ-nin imkanları ilə ölkədən çıxarılması məsələsi də müzakirə predmeti olacaq.

Sammitdə Afrika ölkələrində aclıq təhlükəsinin də müzakirə olunacağı gözlənilir.

Gərgin bir gündəmlə Brüsseldə keçirilən Liderlər Zirvə toplantısında müharibə ilə alovlanan müdafiə müzakirələri də keçiriləcək.

Sammitdə Ukrayna prezidenti Volodimir Zelenskinin də videokonfrans vasitəsilə iştirak edəcəyi bildirilir. Zelenskinin Rusiyaya qarşı daha kəskin və qətiyyətli addımlar atmağı, Ukraynaya silah tədarükünün sürətləndirməsini, habelə Rusiyadan neft və qaz məhsullarının alınmasının dayandırılmasını istəyəcəyi gözlənilir.

Qeyd edək ki, hələ bir müddət əvvəl Avropada Rusiya ilə bağlı gərgin müzakirələr keçirilirdi. Rusiyanın hücumlarına qarşı Ukraynaya dəstək verən Avropa Birliyi və onun ayrı-ayrı üzvləri indi həm də qaçqın axını və aclığın yarada biləcəyi təhlükələrdən narahatdır.

Hazırda Avropanı iki ciddi məsələ narahat edir. Bunlardan biri Rusiyadan neft və qaz asılılığından yaxa qurtarmaqdır. Amma indiki şərtlər daxilində bunun real olması ağlabatan deyil. Alman iqtisadiyyatı bütövlükdə Rusiyanın neft və qazından asılıdır. Avropanın illik qaz və neft tədarükünün azı 30 faizi Rusiyanın payına düşür. Ötən həftə Almaniya kansleri və Fransa prezidentinin Putinlə telefon müzakirələri aparması, Ukrayna məsələsində Rusiyanı danışıqlara dəvət etməsi göstərir ki, Aİ-nın ən güclü iki dövləti Moskvaya qarşı qətiyyətli addım atmaq istəmir.

İkinci və daha ciddi problem ərzaq məhsulları, taxıl qıtlığının real təhlükəsidir. Avropada düşünürlər ki, Ukrayna limanlarında qalan 22 milyondan çox taxılın bloklanması Afrikada ciddi aclığa və səfalətə səbəb ola bilər ki, bu da Afrikadan Avropaya milyonlarla insanın miqrasiyasına gətirib çıxarar. Belə bir ssenari Avropa üçün fəlakətdir. Bu, hətta Suriya böhranı zamanı Avropanın qarşılaşdığı vəziyyətdən daha ağır duruma səbəb ola bilər.

Beləliklə, ehtimal olunur ki, liderlərin zirvə görüşündə Ukraynaya dəstək ifadə edilsə də, səhnə arxasında Rusiya ilə danışıqlar imkanı açıq saxlanılacaq.
Onu da qeyd edək ki, Avropa İttifaqı ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəldiyi bildirilir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib ki, Rusiya neftinin Aİ-yə ixracını qadağan edən razılaşma bu ölkədən neft idxalının üçdə ikisindən çoxunu əhatə edir

Şarl Mişel əlavə edib ki, Avropa İttifaqı liderləri həmçinin “Sberbank”ın SWIFT-dən ayrılmasını da təsdiqləyiblər:

“Bu sanksiyalar paketinə digər sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiyanın daha üç dövlət yayımçısına qadağa qoyulması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi”.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa İttifaqının liderləri Avropa Komissiyasına yeni rəhbər seçə bilməyiblər

    Avropa İttifaqının liderləri Avropa Komissiyasına ...

    1-07-2019, 12:28

  • 
  • Aİ Rusiyaya qarşı sanksiyalarla bağlı qərarı sammitdən əvvəl verəcək

    Aİ Rusiyaya qarşı sanksiyalarla bağlı qərarı ...

    25-11-2016, 12:47

  • 
  • Avropa İttifaqı müdafiə əməkdaşlığına dair razılıq əldə edib

    Avropa İttifaqı müdafiə əməkdaşlığına dair ...

    25-06-2017, 17:36

  • 
  • Avropa İttifaqı qərarını dəyişdi – Sanksiya davam edəcək

    Avropa İttifaqı qərarını dəyişdi – Sanksiya davam ...

    12-11-2014, 12:17

  • 
  • Elmar Məmmədyarov: "Danışıqlar tamamlanıb"

    Elmar Məmmədyarov: "Danışıqlar ...

    23-07-2013, 15:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu