Prezident Co Bayden bu həftə ABŞ-ın Ukraynaya təhlükəsizlik sahəsində növbəti yardım paketini ayırdığını elan edib. ABŞ prezidenti Birləşmiş Ştatların Ukraynaya Rusiya qüvvələrinə qarşı mübarizədə kömək məqsədilə səyləri çərçivəsində müasir tipli raketlər göndərəcəyini bildirib. Dövlət katibi Antoni Blinken Ukraynanın ABŞ-ı sistemlərdən Rusiya ərazisində hədəfləri vurmaq üçün istifadə edilməyəcəyinə əmin etdiyini deyib.
Prezident Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna qüvvələrinə Rusiya hədəflərini uzaq məsafədən təhlükəsiz şəkildə vurmaq imkan verəcək raket sistemlərinin göndərilməsi ilə bağlı təcili müraciətlərinə müqavimət göstərirdi. ABŞ prezidenti bazar ertəsi bununla bağlı açıqlama verdi.
“Biz Ukraynaya Rusiya ərazisində zərbə endirə biləcək raket sistemləri göndərmək fikrində deyilik,” prezident Bayden bildirib.
Lakin Rusiyanın şərqdə Ukrayna şəhərlərinə doğru irəliləməsi ilə Bayden fikrini dəyişərək, “The New York Times” qəzetində dərc olunan məqaləsində ABŞ-ın Kyivi Ukraynada döyüş meydanında əsas hədəfləri daha dəqiqliklə vurmağa imkan verəcək daha təkmilləşdirilmiş raket sistemləri və sursatla təmin edəcəyini izah etdi.
Orta mənzilli raket sistemləri təxminən 70 kilometr məsafə qət edə bilir.
ABŞ dövlət katibi Antoni Blinken Ukrayna-Rusiya müharibəsind’ eskalasiya təhlükəsi ilə bağlı suala belə cavab verib:
“Xüsusilə də tədarük edilən silah sistemlərinə gəlincə, ukraynalılar bizə bu sistemlərdən Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyəcəklərinə dair zəmanət veriblər,” Antoni Blinken bildirib.
Kreml ABŞ-ı Ukraynanı müasir silah sistemləri ilə təchiz etməklə “odu alovlandırmaqda” ittiham edib.
Lakin NATO-nun baş katibi Yens Stoltenberq 100 gün öncə bütün ölüm və dağıntılara başlayan şəxsin Rusiya prezidenti Vladimir Putinin olduğunu deyib.
“Prezident Putin strateji səhvə yol verib. O, Ukrayna xalqının və Ukrayna silahlı qüvvələrinin özünü müdafiə etmək gücünü, iradəsini və qabiliyyətini və NATO-nun, NATO müttəfiqləri və tərəfdaşlarının Ukraynanı dəstəkləmək üçün birliyini lazımınca qiymətləndirə bilməyib,” Yens Stoltenberq bildirib.
Eyni zamanda, Almaniya kansleri Olaf Schols Berlinin Ukraynanı “böyük bir şəhəri Rusiyanın hava hücumlarından qoruya bilən müasir hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyini” açıqlayıb. Şolts Kyivi silahla təmin etməkdə ləngidiyi üçün tənqidlərə məruz qalıb.
Sorğu
Yeni dizaynımız necədir?