Macarıstan parlamentinin sədri Laslo Köver Ukrayna prezidenti Volodimir Zelenskinin psixi sağlamlığının şübhələr altında olduğunu ifadə edib.
Bundan sonra Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko Zelenskinin psixi problemləri ilə bağlı şübhələrini ifadə edən macar sədrə cavab verib və ondan psixi sağlamlığını təsdiq edən arayış təqdim etməsini istəyib. "Ukrayna Xarici İşlər Nazirliyi Macarıstan prezidenti Laslo Köverdən onun psixi sağlamlığı ilə bağlı arayış gözləyir. Cənab Keverin sözləri birbaşa olaraq arayışda təsbit olunmuş məlumatlarla bağlı olacaq”, - deyə ukraynalı nümayəndə bildirib. Onun sözlərinə görə, macar siyasətçiləri “İdrarla Ukraynanın üstünə çirkab tökməkdə davam edirlər". Bildirək ki, bundan əvvəl Macarıstan parlamentinin sədri Laslo Köver parlamentdəki çıxışında Ukrayna liderinin hərəkətlərinin qəribə olduğunu bəyan edib. Onun fikrincə, Zelenski mesajlarında ancaq tələb və hədələrlə gəlir. Köver Ukrayna prezidentinə müttəfiqlərini itirməmək üçün ritorikanı dəyişməyi tövsiyə edib, bu cür ritorikanın səbəbini psixi problemlər hesab edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?