GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin xəstəliyi ilə bağlı yeni şok iddialar – “Onun uzun müddət ərzində istifadə etdiyi preparatlar...”

Putinin xəstəliyi ilə bağlı yeni şok iddialar – “Onun uzun müddət ərzində istifadə etdiyi preparatlar...”

Tarix: 16-06-2022, 10:31 Bölmə :Dünya Baxış: 317

“Putinin üzündə gah peyda olub, gah da çəkilən şişlər, bədəninin sağ tərəfi sol tərəfinə nisbətən pis hərəkət etməsi onun beyində şiş və ya geniş metastaz əmələ gəldiyini göstərir”

”Ukrayna hərbi kəşfiyyatı da Putinin xəstə olmasını təsdiqləyir, amma...”

Məlum olduğu kimi, son bir neçə aydır ki, Qərb KİV-ləri Putinin onkoloji xəstəliyə tutulmasından və onda psixi problemlərin yaranmasından yazırlar. Putinin gerçəkdən ağır xəstə olması konkret bilinməsə də onun xarici görünüşündəki qəribə dəyişikliklər və hərəkətlərindəki qeyri-adekvatlıq müəyyən şübhələrə yol açır.

Gundemxeber.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, Ukraynanın “Apostrope.ua” internet potalı ““Putin hansı xəstəliyə tutulub: həkimlər nə deyir” başlıqlı məqaləsində Rusiya başçısının səhhətində və psixikasında meydana gəlmiş problemlərə toxunur.

Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Qərb mətbuatında Putinin ciddi xəstə olması barəsində məlumtalar demək olar ki, hər gün dərc olunur. Bu yaxınlarda ABŞ-ın “Newsweek” nəşri kəşfiyyat mənbələrinə istinadla yazmışdı ki, ABŞ xüsusi xidmət orqanlarının psixiatorlarının məruzəsində qeyd edilib ki, Rusiya prezidenti xərcəng xəstəliyinə tutulub. Həmçinin, kəşfiyyat orqanlarının analitikləri onda Parkinson xəstəliyinin əlamətlərinin olmasını bildiriblər.

Rusiya prezidentinin sağlamlığı ilə bağlı ciddi problemlər barəsində ABŞ və Böyük Britaniyanın “New York Post”, ”New Lines Magazine”, “Daily Mail” və “The Sun” qəzetləri də geniş yazılar dərc ediblər.

Psixiatriya üzrə mütəxəssislər hələ aprel ayında Putinin Müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı necə oturmasına çox diqqət ayırmışdılar. Putin beş dəqiqə ərzində stoldan bərk yapışaraq tərpənməz şəkildə oturmuşdu. Uzaq məsafədən diaqnoz qoyan mütəxəssislər Putinin hərəkətlərini və davranışlarını analiz edərək, Ağ ev üçün məruzə hazırlayıblar.

Xüsusi xidmət orqanlarının əməkdaşları Kreml rəhbərinin onkologiyadan və ya Parkinson xəstəliyindən müalicə alması qənaətinə gəliblər. Nəzərə almaq lazımdır ki, əgər pasient Parkinson xəstəiyindən müalicə alırsa, onun uzun müddət ərzində istifadə etdiyi preparatlar şizofreniyaya səbəb ola bilər.

“Penta” tətbiqi siyasi araşdırmalar mərkəzinin rəhbəri Vladimir Fesenko deyib: ”Əlbəttə, od olmasa tüstü çıxmaz. Çoxsaylı mənbələr Putinin sağlam olmadığını söyləyir. Məlumatların bir qismi(məsələn, bel nahiyəsindəki problemlər) təsdiqini tapıb, amma onkoloji problemlər versiya səviyysəindədir. Putinin sağlamlıq məsələsinin nəyə görə məhz indi Qərb KİV-lərində bu qədər qızğın müzakirə olunmasının səbəbi Rusiya elitasına siqnal yollamaqdır ki, düşünün! Putin əbədi deyil, yaxşı olar ki, öz gələcəyinizi indidən planlaşdırasınız”.


Parkinson, yoxsa onkologiya?

Rusiya diktatorunun 70 yaşı var. Belə bir yaşda istənilən adamın səhhətində problemlər ola bilər. Söhbət yalnız diaqnozdan və xəstəliyin kəskinləşmə dərəcəsindən gedir. Putinin sağlamlığı ilə bağlı məsələdə bir neçə nüansa diqqət etmək gərəkdir.

Birincisi, Putinin sifətində daim yaranan “metamarfozalar” həmişə gözə çarpır. Onun üzündəki şişlər gah peyda olur, gah da çəkilir, amma sifətinin forması qeyri-təbii şəkildə yumru qalır. Əgər nəzərə alsaq ki, adam belə tezliklə çəki alıb itirə bilməz, deməli bu dəyişikliklər ya xəstəlikdən, ya da hansısa dərman preparatlarının qəbulu nəticəsində baş verir.

Həkim nevroloq Aleksandr Şebet “Apostrophe.ua” ilə söhbətində deyib: ”Putinin üzünün formasının dəyişməsi, şişlərin əmələ gəlməsi (“Aya bənzəyən sifət”) hormonal preporatların (kortikosteroidlərin) qəbulu səbəbindən ola bilər. Yüksək dozada kortikosteroidlər onkoloji xəstəliklərin müalicəsi üçün istifadə edilir. Üzün formasının tez-tez dəyişilməsini nəzərə alsaq, onkoloji proseslərin getdiyini söyləmək olar”.


Digər tərəfdən, Putinin əlləri və ayaqları ilə qeyri-ixtiyari hərəkətlər etməsinə və əllərinin əsməsinə(tremor) diqqət yetirmək lazımdır. Rusiya prezidentinin Şoyqu ilə görüşü zamanı masadan qəzəblə yapışmasının səbəbi əllərinin titrəyişini gizlətmək istəyilə bağlıdır.

Aleksandr Şebet əlavə olaraq bildirib: ”Putinin əli ilə qeyri-ixtiyari hərəkətlər etməsi və tremor yaşla əlaqədardır və bu, hər kəsdə baş verir. Demək olmaz ki, bu, yalnız Parkinson xəstəliyinin təzahürüdür. Bu cür simptomlar onkoloji proseslərin qarşısını almaq üçün istifadə edilən dərmanların yan təsirləri nəticəsində də peyda olur. Bəlkə də bunlar baş beyindəki metastazın əlamətidir. Putinin qəribə yerişini nəzərə alsaq, görərik ki, onun bədəninin sağ tərəfi sol tərəfinə nisbətən pis hərəkət edir. O zaman güman etmək olar ki, beyində şiş və ya geniş metastaz əmələ gəlib”.

Paranoidal xəstə?

Fikrini öyrəndiyimiz kiyevli həkim psixiatr Anton Mixaylov bildirib: “”Aya bənzər sifət”in olması həqiqətən endokrin vəzilərindəki pozğunluğun təzahürüdür və bu, xüsusi piylənməyə səbəb olur ki, nəticədə üz və boyunun forması dəyişir. Hipofiz vəzisindəki və ya böyrəküstü vəzilərdəki şiş bu cür dəyişikliklərə gətirib çıxar bilər. Lakin bir psixiator və Ukrayna vətəndaşı kimi məni daha çox onun psixi vəziyyəti narahat edir. Putinin hərəkətlərindəki qəribəliklər Ukrayna ilə müharibədən öncə üzə çıxmağa başlamışdı. Onun xarici liderlərlə uzun və böyük masa arxasında danışıqlar aparması, qadın pilotlar və styuardessalarla görüşün quraşdırılmış video səhnəsi xəstəliyin əlamətlərindən xəbər verir. Putinin “rus dünyası” və “Rusiya ərazilərinin bərpası” yolunda bütün Avropanın zəbt edilməsi, xalqların və dövlətlərin məhv olunması hesabına ”qardaş xalqların birləşdirilməsi” kimi ideyalar diaqnoz qoymaq üçün vacibdir.


Kəmsavad Rusiya məmurları və diplomatik korpusun nümayəndələri psixi xəstənin ideyası arxasınca gedərək, onun sözlərini və dünya arenasındakı qeyri-adekvat davranışlarını təkrarlaryırlar. Perspektivdə bu cür xəstə ideyalar və sayıqlamalar getdikcə daha geniş miqyas alacaq. Biz bunu artıq onun Rusiya ordusunun gücünü düzgün dəyərləndirə bilməməsində və faktiki dünya müharibəsinə girişmək niyyətində olması ilə müşahidə edirik”.


Diktator ölübmü?

Bəzi Qərb KİV-ləri Putinin diaqnozu barədə adi müzakirələrdən aralanaraq, daha uzaqlara gediblər. Britaniyanın “Mirror” tabloidi “Mİ-6” kəşfiyyat xidmətindəki mənbəyə istinadla yazıb ki, Rusiya prezidenti artıq ölüb, yerinə onun oxşarını göstərirlər. Onun ciddi xəstəliyi barəsində gəzən söhbətlər fonunda “Mirror”un “Mİ-6”-dakı həmsöbhəti 9 may paradında Putinin oxşarının çıxış etdiyini istisna etməyib. Amma uzun müddət “dublikat” arxasında gizlənmək texniki baxımdan mürəkkəbdir...

Xüsusi xidmət orqanlarının fəaliyyəti məsələləri üzrə ekspert İvan Stupak vəziyyəti belə şərh edib: ”Əgər Putin doğrudan da ölübsə, o zaman Amerika və Britaniya kəşfiyyatı Kreml ətrafındakı hərəkətlənmənin kəskin artmasını bilərdilər. Heç kim gedib Putinin oxşarının yanında oturmaz. Kremlin bütün nüfuzlu qrupları hakimiyyətin gələcək bölgüsündən daha çox pay qoparmaq uğrunda aktiv fəaliyyətə başlayardı. Ölmüş prezidentin yerinə onun oxşarının istifadə edilməsi cəmi iki -üç gün işə yarayardı. Ancaq sonradan artıq Putinin yoxluğu tam bəlli olardı”.

Hələ ki, Putinin ölümü ilə bağlı xəbərlər daha çox “arzuların həqiqət kimi təqdim olunması”na bənzəyir. Hətta əgər Putində doğrudan da onkoloji, sinir və ya qan-damar problemi varsa, o, bu vəziyyətdə hələ bir neçə il hakimiyyətdə qala bilər.

Vladimir Fesenko bildirib: ”Ukrayna hərbi kəşfiyyatı da Putinin xəstə olmasını təsdiqləyir, amma onun bu gün-sabah öləcəyini gözləməyə dəyməz. Başa düşmək lazımdır ki, Putinin xəstəliyi müharibə problemini öz-özünə həll etmir. Onu Qərb müttəfiqləri ilə əməkdaşlıq edərək, biz həll etməliyik”.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin belində sarkoma var, ömrünə az qalıb

    Putinin belində sarkoma var, ömrünə az qalıb ...

    11-05-2014, 19:01

  • 
  • Avtomobildəki qadın Putinin sevgilisidir? - ŞOK İDDİA

    Avtomobildəki qadın Putinin sevgilisidir? - ŞOK ...

    13-07-2017, 14:42

  • 
  • Kreml Putinin Bakıya gəlişindən xəbərsizdir

    Kreml Putinin Bakıya gəlişindən xəbərsizdir ...

    18-07-2013, 19:19

  • 
  • Saakaşvili Putinin cavabını verdi

    Saakaşvili Putinin cavabını verdi ...

    19-12-2015, 01:12

  • 
  • Putinin atası Rusiya Azadlıq Ordusunun (RAO) tərkibində SSRİ-yə qarşı vuruşub

    Putinin atası Rusiya Azadlıq Ordusunun (RAO) ...

    24-03-2014, 14:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu