Rəsmilər bildiriblər ki, Banqladeşdə həftə sonu ildırım və torpaq sürüşməsi nəticəsində ən azı 25 nəfər həlak olub. Ölkənin ən yaxın tarixinin ən ağır musson daşqınları ilə üzləşdiyi şimal-şərq bölgələrində milyonlarla insan itkin düşüb və ya evsiz qalıb.
Qonşu Hindistanın Assam ştatında bu ay başlayan daşqın dalğası zamanı ən azı 17 nəfər həlak olub.
Banqladeşin bir çox çayları təhlükəli səviyyəyə qalxıb və Hindistan dağlarından gələn leysan yağışları vəziyyəti daha da ağırlaşdırıb. Bunu Dövlət Daşqını Proqnozlaşdırma və Xəbərdarlıq Mərkəzinin rəhbəri Arifuzzaman Bhuiyan bildirib.
Axtarış-xilasetmə işlərinə yardım üçün minlərlə polis, ordu personalı ölkənin bəzi bölgələrinə göndərilib
. İndiyədək 105 minə yaxın insan təxliyə edilib, lakin polis rəsmiləri dörd milyondan çox insanın hələ də qapalı vəziyyətdə olduğunu təxmin edir.
Regional rəsmilər təxminən 3,1 milyon insanın məcburi köçkün olduğunu, onlardan 200 000 nəfərinin hündür sahillərdə və ya digər yüksək dağlıq ərazilərdə hökumət tərəfindən müvəqqəti sığınacaqlara yerləşdirildiyini bildirib.
Banqladeş və Hindistanda son illər artan ekstremal hava şəraiti böyük miqyaslı dağıntılara səbəb olub.
Ekoloqlar xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi xüsusilə aşağı ərazilərdə və əhalinin sıx məskunlaşdığı Banqladeşdə daha çox fəlakətlərə səbəb ola bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?