Gundemxeber.az » Dünya » Təbrizdə bağlanmış fabrikin işçiləri 10 il sonra hələ də işlə təmin olunmayıb
Təbrizdə bağlanmış İran Mayeh fabrikinin bəzi işçiləri məşğulluqlarının qeyri-müəyyənliyi və haqlarının ödənilməməsinə etiraz edirlər.
İLNA xəbər agentliyinin məlumatına görə, Təbrizdə İran Mayeh fabriki təxminən 13 il əvvəl özəl sektora satılıb və təqribən bir il əvvəl iflas edərək bağlanıb. İşəgötürən fabrikin 150 işçisi ilə hesablaşıb. Lakin 28 işçi işəgötürənlə hesablaşmaqdan imtina edərək, əmək idarəsindən işə qayıtmağı və ya yeni işlə təmin edilməsini tələb edib.
Hər birinin 10-15 ildən artıq iş təcrübəsi olan işçilər bu müddətdən sonra yeni iş tapa bilməyəcəklərini deyirlər. Təbriz İş İdarəsinə şikayət ərizəsi verdikdən sonra Təbriz Qubernatorluğunun dəstəyi ilə onların işə geri qaytarma qərarı çıxarılıb, ancaq işəgötürən işçilərin işə qayıtmasını əngəlləyib.
İşçilərin dediyinə görə, İş İdarəsinin dəstəyi ilə fabrik onlara 6 aylıq işə alınma qeyri-müəyyənliyindən ötrü pul ödəməyə məcbur olub, lakin işçilər deyib ki, İş İdarəsi daha sonra dəstəyini dayandıraraq, işçiləri şikayətdən vaz keçməyə razı salmağa çalışıb.
İnzibati Məhkəmə bu işçilərin məşğulluqlarının qeyri-müəyyən olduğu günlərin ödənişini almaq üçün şikayətini araşdırır. Lakin işçilər İş İdarəsinin dəstəyini onlardan çəkdiyi üçün narahatdırlar.
“İş İdarəsi bizə işəgötürənlə hesablaşmağı və işsizlik sığortası almağı təklif edir”- deyə, işçilər bildirib. İran Mayeh fabrikinin işçiləri dəfələrlə etiraz aksiyası keçiriblər.
İşçilər İş İdarəsinin onlara hüquqlarını almaq uğrunda mübarizələrində dəstək verməyi kəsdiyindən narahat olduqlarını bildirirlər.
İranda təqribən 16 il əvvəl güclənən özəlləşdirmə siyasətinin həyata keçirilməsi səbəbindən bir çox fabriklər müflisləşərək bağlanıb. Bəzi siyasi fəallar İranda özəlləşdirmə siyasətinin korrupsiya və qeyri-şəffaf iqtisadi ortamda aparıldığını və bunun üçün də gözlənilən iqtisadi inkişafın əks nəticə verdiyini deyirlər.
16-09-2020, 20:48
20-12-2016, 00:20
18-12-2016, 21:34
19-07-2014, 14:20
22-01-2016, 16:13
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?