ABŞ Ali Məhkəməsi gözlənilən kimi, yarım əsrdir abortu konstitusion hüquq olaraq təsbit edən qərarı ləğv etdi. Bununla da aborta icazə verilib-verilməyəcəyinə ştatlar qərar verəcəklər.
Cümə günü ali məhkəmədə çoxluqda olan mühafizəkar hakimlərin qərarı məhkəmənin qərarla bağlı ilkin layihəsinin bir xəbər agentliyinə sızması nəticəsində abort hüququ tərəfdarlarının ölkə boyu etiraz aksiyaları keçirməsindən iki ay sonraya təsadüf edib.
Ali Məhkəmənin 1973-cü ildə qəbul edilən Roe v. Wade kimi tanınan qərarı ləğv etməsi aborta qadağa tətbiq etməsə də, onun hüquqi təsirləri demək olar dərhal bütün ölkə boyu hiss ediləcək.
Abort əleyhdarı Guttmacher İnstitutu təxmin edir ki, xüsusilə cənub və mərkəzdə yerləşən 26 ştat Roe v. Wade-in ləğvinin ardınca abortu ləğv edəcək. Bu isə abort etmək istəyən milyonlarla qadını abort hüquqularının qorunduğu ştatlara üz tutmağa məcbur edə bilər.
Ali Məhkəmənin qərarı ilə Mississippidə hamiləliyin 15-ci həftəsindən sonra demək olan bütün abortları qadağan edən qanunun qüvvəyə minməsinə imkan veriləcək.
Mississippidə fəaliyyət göstərən yeganə abort klinikası olan Jackson Qadın Sağlamlığı Təşkilatı 2018-ci ildə qəbul edilən qanunu federal məhkəməyə verib və onun 50 illik Ali Məhkəmə presedentini pozduğunu iddia edib.
İki aşağı instansiyalı məhkəmə klinikanın xeyrinə qərar çıxarandan sonra Mississippi Respublikaçıların nəzarət etdiyi 25 başqa ştatla birlikdə Ali Məhkəməyə müraciət edərək, Roe və Casey qərarlarının ləğvini tələb edib. Onlar iddialarında bildiriblər ki, konstitusiyada “heç nə” abort hüququnu dəstəkləmir.
Ali Məhkəmənin Respublikaçı prezidentlər tərəfindən təyin olunan altı hakimi bununla razılaşıb.
“Konstitusiyada aborta istinad olunmur və heç bir konstitusiya müddəası, o cümlədən…14-cü düzəlişdəki hüquqi təminatlar dolayı olaraq bu hüququ qorumur,” mühafizəkar hakim Samuel Alito məhkəmənin çoxluq qərarında yazıb.
Konstitusiyaya 14-cü düzəlişdə deyilir ki, heç bir ştat “heç bir insanı hüquqi proses olmadan həyatdan, azadlıqdan və ya əmlakdan məhrum edə bilməz.”
“Abort etmək hüququ bu kateqoriyaya daxil deyil,” Alito qərarın sızdırılmış ilk qərar lahiyəsində yazmışdı.
Qərarda deyilib ki, abortu qadağan edib-etməmək haqda Ali Məhkəmə əvəzinə ştatlar qərar verməlidirlər.
Məhkəmənin üç liberal hakimi, o cümlədən mühafizəkar baş hakim Con Roberts qərarın əleyhinə çıxıb.
Sorğu
Yeni dizaynımız necədir?