Gundemxeber.az » Dünya » Hələ də Putinlə razılığa gələ biləcəklərini zənn edirlər... - Hərbi ekspert
“Bəzi qərb ölkələri Ukraynaya silah tədarükünü sabotaj edir, çünki “köhnə Avropa” hələ də Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlməyə ümid edir”.
Gundemxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.
“Köhnə Avropa qələbəmizi istəmir, əslində bizim silah təchizatımızı sabotaj edirlər. Baxın - eyni Fransa, Makron. Orada hamı onu tənqid etməyə başlayanda, Ukraynaya haubitsa verir. Almaniya ayrı bir hekayədir”,- ekspert bildirib.
Eyni zamanda qeyd edib ki, Şərqi Avropa ölkələri bacardıqları hər şeyi verirlər və onlara qarşı heç bir iddia yoxdur: “ABŞ da silah tədarükünü ləngidir. Onlar da tələsmirlər”.
Jdanov bu vəziyyətin səbəblərini belə izah edib: “Qoca Avropanı hələ də başa düşmək olar: onlar Putinlə razılaşacaqlarını düşünürlər. Düşünürlər ki, pul hər şeyi idarə edəcək və yaxşı olacaq. Üstəlik "Şimal axını” işləyəcək. Amma Ukraynanın qalib gəldiyi dünyadan onlar sadəcə qorxurlar. Yeri gəlmişkən, hətta Anglosakson ölkələri - Kanada və Avstraliya Ukraynanı köhnə Avropa ölkələrindən daha çox dəstəkləyir”.
Gundemxeber.az
25-06-2021, 23:29
30-07-2014, 17:48
25-02-2021, 17:48
13-08-2014, 13:57
16-10-2019, 11:55
Sorğu
Yeni dizaynımız necədir?