GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “BU, PUTİNDƏ ŞOK EFFEKTİ YARADACAQ...” - Müharibədə həlledici mərhələ başlayır

“BU, PUTİNDƏ ŞOK EFFEKTİ YARADACAQ...” - Müharibədə həlledici mərhələ başlayır

Tarix: 22-08-2022, 19:21 Bölmə :Dünya Baxış: 293

“Krım körpüsünün dağıdılması və ruslar tərəfindən işğal olunmuş Xersonun azad edilməsi Putin rejiminə ölümcül psixoloji zərbə vuracaq”.


Gundemxeber.az xəbər veri ki, bunu tanınmış rusiyalı politoloq və publisist Andrey Piontovski “Kanal 24”-ün efirində deyib.

O, ABŞ Administrasiyasından Ukraynaya hərbi yardımların artırılmasını tələb edən analitiklərin məktubunu xatırladıb: “Bu məktubda onlar tələb ediblər ki, ABŞ təcili şəkildə Ukraynaya HIMARS raketlərini və NASAMS sistemlərini göndərməlidir ki, Ukrayna ordusu cəbhədə Putin rejiminə ölümcül zərbələr vura bilsin. Məsələn, Krım körpüsünün dağıdılması və Xersonun azad edilməsi kimi. Bu hücum həm rus xalqında həm də bunkerdə gizlənən Putində şok effekti yaradacaq. Düşünürəm ki, Putin bu ağır fəlakətdən sağ çıxa bilməyəcək”.

Onun fikrincə, Ukrayna bu zərbəni sentyabrda endirə bilər: “Əgər, bu baş verməsə müharibə soyuq qış aylarında da davam etsə onda Ukrayna xalqının əzab-əziyyətli günləri daha altı ay uzanmalı olacaq”.

Siyasi şərhçi Kənan Novruzov isə sfera.az-a açıqlamasında bildirib ki, Ukraynada davam edən müharibədə Rusiyanın əsas təminatı məhz Krımdan gəlir: "Elə buna görə də Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bir neçə gün əvvəl bildirmişdi ki, Krımı Ukraynaya birləşdirən Kerç körpüsü qanunsuz tikilib və dağıdılmalıdır”.

O, Ukrayna rəsmilərinin son vaxtlar Qərbin silah tədarükündən gileylənmədiklərini vurğulayıb: “Görünür, ABŞ və müttəfiqləri Kiyevə lazım olan silahları, o cümlədən uzaqmənzilli raketləri verir. Əlbəttə, həmin silahlar arasında “HIMARS” raketləri xüsusi rol oynayır. Ukrayna Prezidenti Volodimir Zelenskinin inamlı çıxışları da göstərir ki, silah tədarükündə problem yoxdur. Krımın işğaldan azad olunması Ukrayna üçün həm də psixoloji üstünlük olacaq. Rusiya tərəfi isə bundan sonra, əksinə, ruhdan düşəcək. Beləliklə, əvvəl də dediyimiz kimi, Krımın azad olunmasının strateji və psixoloji üstünlüyü var. Yarımadada partlayışların davam edəcəyi istisna deyil. Rusiya, yəqin ki, buna adekvat cavab verməyə çalışacaq”.

Ekspert qeyd edib ki, əgər Krımda oxşar hadisələr təkrarlanarsa, yaxın həftələrdə rusiyalı əhalinin tədricən oradan çıxacağı istisna deyil: “Hərbi obyektlərin vurulması Rusiya üçün ciddi zərbədir. Yaxın gələcəkdə Kerç körpüsünün vurulması da gözləniləndir. Doğrudur, Rusiya adekvat cavab tədbirləri nəticəsində gərginlik arta bilər. Amma fikrimcə, artıq həlledici mərhələ başlayacaq”.

Xatırladaq ki, ötən gün ABŞ Ukraynaya göndəriləcək yeni hərbi yardım paketi ilə bağlı məlumat verib. Bu paketə HIMARS, HARM raketləri, eləcə də NASAMS hava hücumundan müdafiə sistemlərinin daxil olduğu bildirilib./“AzPolitika.info”/




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Hətta Putin kimi manyak da anlayır ki...” – “Bu, Rusiyada şok effekti yaradacaq”

    “Hətta Putin kimi manyak da anlayır ki...” – “Bu, ...

    13-07-2022, 10:28

  • 
  • Müharibə başladı: Rus tankları Ukraynaya girdi

    Müharibə başladı: Rus tankları Ukraynaya girdi ...

    23-11-2014, 01:00

  • 
  • ​Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI

    ​Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - ...

    26-09-2017, 16:35

  • 
  • Obamadan Ukraynaya bəd xəbər

    Obamadan Ukraynaya bəd xəbər ...

    30-07-2014, 17:48

  • 
  • Krımda çevriliş: Ukrayna prezidentinə müraciət

    Krımda çevriliş: Ukrayna prezidentinə müraciət ...

    1-12-2015, 19:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu