Türkiyənin Adana şəhərində patrul xidməti göstərən polis qrupları küçədə naməlum şəxsdən şübhələnib.
Şübhəli şəxsə “dayan” xəbərdarlığı edilib. O, xəbərdarlığa əməl etməyib və qaçmağa başlayıb. Polis onu təqib etməyə başlayıb.
Şübhəli küçədə üç mərtəbəli binanın damına çıxaraq qapını kilidləyib. Bu vaxt o, belindəki tapançanı çıxarıb və damda oturan 14 yaşlı uşağı girov götürüb.
Bölgəyə çoxlu sayda xüsusi əməliyyat polisləri göndərilib.
Polisin 2 saatlıq səylərindən sonra şübhəli silahını yerə ataraq təslim olub.
Əsir alınmış uşaq xilas edilib. Şübhəli şəxs ifadəsi alınması üçün polis bölməsinə aparılıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?