ABŞ Konqres seçkilərinə iki ay qalır. Co Bayden və demokratlar Konqresdə kiçik üstünlük əldə etməyə kömək edəcək strategiya ilə addımlayırlar. Bu strategiya iki istiqamətdən ibarətdir - Baydenin qanunvericiliklə bağlı nailiyyətləri qabartmaq və sabiq prezidenti Donald Trampın dəstəkçilərini hədəfə almaq.
ABŞ prezidenti Co Bayden keçən həftə Ohayo ştatına səfər edərək, yarımkeçiricilər istehsalına təkan verəcək yeni qəbul edilmiş qanunu təşviq edib. Bu qanun son aylarda benzin qiymətlərinin azalması və iş yerləri sayının sabit olması ilə bərabər onun ölkə üzrə səsləndirdiyi əsas siyasi mesajlardan biridir.
Co Bayden, ABŞ prezidenti: “Mən vəzifəmi icra etməyə başlayan gündən bu günə qədər bizim iqtisadiyyat təxminən 10 milyon yeni iş yeri açıb.”
Bununla bərabər, Bayden “MAGA respublikaçıları” adlandırdığı sabiq prezident Donald Trampın tərəfdarlarını hədəfə alıb. MAGA Trampın siyasi kampaniyasının əsas şüarı olan “Make America Great Again” sözlərinin akronimidir.
Co Bayden, ABŞ prezidenti: “İfratçı MAGA respublikaçıları geriyə getmək yolunu seçiblər. Qəzəb, zorakılıq, nifrət və bölücülüklə.”
Bayden və demokratlar noyabr ayında keçiriləcək Konqres seçkilərində qalib gəlmək üçün müstəqil seçicilər və meynstrim respublikaçıların dəstəyinə ümid edirlər.
Buna baxmayaraq, hətta bu ikitərəfli strategiya ilə qalib gəlsələr belə, demokratlar Konqresdə kiçik üstünlüyə malik olacaq.
Amma bu strategiya təhlükəlidir və əks-təsir verə bilər.
Edvard Yanq, Tramp tərəfdarı: “O, mənə müharibə elan edib. O, Amerikanın yarısına müharibə elan edib. Qısaca deyib ki, mənə səs verməyənlər dövlət düşməni, üsyançı və faşistdir.”
Demokratlar həmçinin Ali Məhkəmənin 40 ilə yaxın qüvvədə olan abort hüququ ilə bağlı qərarın ləğvinə diqqəti yönəltməkdən də faydalanmağı planlaşdırırlar.
Co Bayden, ABŞ prezidenti: “Respublikaçılar bu xalqın qüclü qüvvəsi olan qadınları ayağa qaldırıblar.”
Onların mümkün olan hər növ köməyə ehtiyacı var. Amerika siyasətində Ağ Evdə olan partiya demək olar ki, həmişə ilk Konqres seçkilərində məğlub olur.
Öz növbəsində isə respublikaçılar keçən ay Federal Təhqiqatlar Bürosunun Trampın Floridadakı evində məxfi sənədlərin aşkarlarnması məqsədilə keçirilən axtarışdan ilhamlanıblar. Bəzi respublikaçılar bu addımı “ifritə ovu” adlandırır.
Vilyam Houel, Harris İctimai Siyasət Məktəbi, Çikaqo Universiteti: “Respublikaçılar Partiyası siyasi bazasının qəzəbini oyatmaq üçün səylər göstərir. Bu, demokratların bəzi məğlubiyyətlərinə işarə edir. Amma nəticə nə qədər böyük olacaq, hələ sual olaraq qalır.”
Demokratların hal-hazırda Konqresdə kiçik üstünlükləri var.
Senat 50-50-yə bölünüb. Nümayəndələr Palatasında isə 219 demokrat, 211 respublikaçı və beş boş yer var.
Noyabr ayında Nümayəndələr Palatasında 435 yerdən hər birinə, Senatda isə 100 yerdən 35-nə seçkilər keçiriləcək.
Əlavə olaraq, 50 ştatdan 36-da qubernator seçkiləri olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?