İranın əsas islahatçı partiyası günlərdir davam edən etiraz aksiyalarından sonra 1983-cü ildən qüvvədə olan qadınlar üçün məcburi İslami geyim koduna son qoymağa çağırıb.
İslami İran Xalq Partiyası, həmçinin sentyabrın 16-da 22 yaşlı kürd qadın Məhsa Əmininin ölümündən sonra qanunu tətbiq etməkdə ittiham olunan əxlaq polisinin fəaliyyətini dayandırmağa səsləyib.
1997-2005-ci illər arasında islahatçı eks-prezident Məhəmməd Xatəminin keçmiş köməkçilərinin rəhbərlik etdiyi partiya hakimiyyəti "məcburi hicab haqqında qanunun ləğvi üçün zəruri olan hüquqi elementləri hazırlamağa" çağırıb.
Qanuni olaraq fəaliyyətdə olan, lakin güc dəhlizlərindən qəti şəkildə kənarda qalan partiya bildirib ki, İran "əxlaq polisinin fəaliyyətinə rəsmi son qoyduğunu" elan etməli və "dinc nümayişlərə icazə verməlidir".
Partiya Əmininin ölümünün səbəblərini araşdırmaq üçün "qərəzsiz komissiya"nın yaradılmasının vacibliyini bildirib və bu yaxınlarda saxlanılan insanların dərhal azad edilməsinə çağırıb.
Rəsmi məlumatlara görə, Əmininin ölümündən sonra baş qaldıran etirazlarda azı 35 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Daha yüzlərlə insan, o cümlədən islahatçı jurnalistlər və fəallar, eləcə də nümayişçilər həbs edilib.
1983-cü ildə, İran İslam İnqilabından dörd il sonra qəbul edilən qanuna əsasən, inancından və milliyyətindən asılı olmayaraq, bütün qadınlar ictimai yerlərdə saçlarını çadra ilə gizlətməli və paltolarının altına geniş şalvar geyinməlidirlər. Kodeks onilliklər ərzində, xüsusən də böyük şəhərlərdə geniş yayılmışdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?