Gundemxeber.az » Dünya » “İran universitetlərində tələbələrin 70%-i qızlardır, orada “qadın inqilabı” başlaya bilər” - ABŞ-dan RƏY
“ABŞ-da demokratlar və respublikaçıların İranla nüvə sazişinə yanaşmalarının çox da fərqli olduğunu deməzdim. Bu, çox praqmatik məsələdir”.
Bunu amerikalı politoloq Qreq Vayner ABŞ-ın iki əsas siyasi qanadının fikir ayrılığına düşdüyü məsələləri Oxu.Az-a şərh edərkən bildirib
O, İranın gündə təxminən üç-dörd milyon barel neft hasil edə biləcəyini, bunun da dünya bazarlarında qiymətlərə təsir göstərəcəyini təsdiqləyib.
“Amma ABŞ-a qonşu olan və neft hasil edən Venesuela da var. (Ağ Ev rəhbəri - red.) Co Bayden artıq bildirib ki, əgər Karakas “özünü yaxşı apararsa”, o zaman bu ölkəyə tətbiq edilən sanksiyalar aradan qaldırılacaq”, - deyə Vayner əlavə edib.
Politoloq hazırda İranda iğtişaşlar yaşandığını, bunun hansısa nəticəyə gətirib çıxaracağı təqdirdə, şübhəsiz ki, ABŞ-ın onları dəstəkləyəcəyini vurğulayıb.
“Yeri gəlmişkən, İran universitetlərində tələbələrin 70 faizini qadınlar təşkil edir. Mən isə bir neçə il əvvəl İranda “qadın inqilabı”nın başlaya biləcəyini proqnozlaşdırmışdım”, - deyə Vayner qeyd edib.
Amerikalı ekspert respublikaçıların və demokratların fikir ayrılığına düşdüyü ikinci məqam – ABŞ-ın Ankaranın təxminən 1,5 milyard dollar sərmayə qoyduğu “F-35” qırıcılarını Türkiyəyə verməkdən imtina etməsindən sonra onlara ən azı “F-16” təyyarələrinin tədarükü məsələsinə də toxunub. Onun sözlərinə görə, Türkiyə və “F-16” təyyarələri ilə bağlı respublikaçıların Konqresi deyil, Prezident Administrasiyası (özü də belə görünür ki, 2024-cü il prezident seçkisindən sonra) qərar verəcək.
“Məsələ burasındadır ki, respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, Baydenin bütün təşəbbüslərinə, hətta “F-16” qırıcılarının Türkiyəyə təhvil verilməsinə mane olacaqlar. Amma sonra (prezident seçkisində respublikaçı namizədin qələbəsindən sonra) “F-16”lar heç nəyə baxmayaraq Türkiyənin əlində olacaq”, - deyə Vayner sözlərini yekunlaşdırıb.
Gundemxeber.az
15-12-2019, 12:38
9-05-2018, 11:38
30-08-2019, 15:00
18-03-2019, 15:26
17-06-2013, 00:46
Sorğu
Yeni dizaynımız necədir?