Gundemxeber.az » Dünya » Qondarma “Göyçə-Zəngəzur Cümhuriyyəti” Türkiyə mediasında... – ƏKRƏM AÇIKƏL HƏQİQƏTƏN BAŞ VERƏNLƏRDƏN XƏBƏRSİZDİR?
Türkiyənin TGRT televiziyasının ana xəbərində aparıcı Ekrem Açıkelin (Əkrəm Açıkəl) Azərbaycanla əlaqədar çox böyük çoşqu və həvəslə yayımladığı bir məlumata sükutsuz yanaşa bilmədiyimdən münasibətimi bölüşmək qərarına gəldim. Bəri başdan deyim ki, məsələnin bu basabasda, müharibənin getdiyi bir dövrdə meydana çıxarılması Azərbaycan üçün ziyanlı bir seçim yolu olduğundan, heç bir halda indilikdə qəbul edilə bilməz. Söhbət “Göyçə-Zəngəzur Cümhuriyyəti”nin yaradılması xülyasından gedir.
Əvvəla, Əkrəm bəyə yayımında Azərbaycana göstərdiyi qardaşlıq sevgisinə görə təşəkkür və şükranlarımı ifadə etməyi özümə borc bilirəm. Lakin verilişin zamanla səsləşmədiyini, bölgədəki insanların emosiyalarının və psixoloji vəziyyətlərinin daha da gərginləşəcəyinə əlavə stimul bəxş etdiyini nəzərə alsaq, Əkrəm bəydən üzr istəyərək onun xeyli tələsdiyini diqqətinə çatdırmağı vacib sayıram. Onsuz da Cümhurbaşqanımız İlham Əliyev, necə deyərlər, səssiz-səmirsiz tarixi torpaqlarımızda Azərbaycan bayraqlarını sanca-sanca Göyçənin sahilinədək gedib çıxdı. Bu həqiqəti yayım boyu Əkrəm bəy özü də uca səslə dilə gətirdi. Milyona yaxın tamaşaçı auditoriyası olan böyük bir kanalın yoxlanılmadan, dəqiqləşmə aparmadan ana xəbərin titrindəcə bu cür anonsun yazması çox təəccübümə gəldi. Əkrəm bəy, ən azından titrinə "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN DƏSTƏYİ İLƏ KURULAN GÖYÇƏ-ZƏNGƏZUR CÜMHURİYYƏTİ" şüarını qaldırarkən, özlüyündə bir sualın cavabı üzərində dayanmalı idi. Bu Rizvan Talıbov kimdir, haradan çıxdı!? Və ya onu hansı nüfuz və təcrübəyə görə bizim başımız üstə qoydular!?
Mən, bu yaşa çatsa da, onun 5-10 nəfəri idarə edəcəyi bilgisinə malik deyiləm. Bu müraciətlə sayın Əkrəm bəy əgər Azərbacanın millət vəkillərinin adam barədə söylədikləri ilə öncədən tanış olsaydı, inanmıram ki, belə davranış nümayiş etdirəydi. Yaxud tanınmış yazar olaraq təfərrüatları Türkiyənin özündəncə öyrənməyə onun qabağını kəsəcək bir əngəl çıxa bilməzdi. Bəlkə səhv edirəm. Ancaq Vikipediyaya girərək onun haqqında müəyyən məlumatlar toplaya bildim. Ekrem bəyin doğrudan türksevər bir yazar, qəzetçi olaraq qardaş Türkiyədə böyük nüfuzu vardır.
Azərbaycanın əleyhinə işləyə biləcək bu cür doğruçul yükə sahibliyi olmayan informatik məlumatları yaymaqla düşməni əlavə fürsətlə silalandırırıq. Müharibə şəraitində informasiya savaşının düzgün qurulması ciddi əhəmiyyət kəsb edir. Bu mənada mən dövlət başçısının 44 günlük və son qısamüddətli döyüşlər zamanı təkbaşına apardığı informasiya siyasətini tamamilə dəstəkləyirəm. Əkrəm bəyin TGRT-ki yayımı ilə əlaqədar müəyyən iradlarımın olmasına baxmayaraq, onun prezident Əliyev barədə dediyi xoş sözlər diqqətimi çəkirdi.
Bütövlükdə isə dövlətin informasiya siyasətini aparan məsul şəxslərin işindən narazıyam. Nəinki mən, ictimai rəy bu fikirdədir. Onların informasiyalarının əsasında prezidenti yalan, doğru olmayan fikirlərlə yükləyib, öz şəxsi maraqlarını təmin etmək məqsədi ilə başqalarını vurmaq siyasəti durur.
Onlar haqqında yazım hazırdır və yaxın vaxtda adbad çap etdirəcəyəm.
Eldar SABİROĞLU
Sabiq millət vəkili
7-04-2016, 16:50
17-04-2020, 12:00
24-06-2019, 11:11
24-06-2019, 10:10
1-02-2013, 11:21
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?