Birləşmiş Millətlər Təşkilatının Baş katibi Rusiyanın Ukraynanın dörd bölgəsini rəsmən ilhaq etməklə bağlı cümə günü keçiriləcək mərasim planını kəskin şəkildə pisləyib, bunun qanunsuz və "qəbul edilməməli gərək olduğunu" deyib.
"BMT Nizamnaməsi aydındır. Bir dövlətin başqa dövlətin ərazisinin güc tətbiqi və ya hədələməklə ilhaq edilməsi BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır" , Antonio Quterres cümə axşamı jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ukraynanın dörd bölgəsi Donetsk, şərqdə Luhansk, cənubda Xerson və Zaporijyanın ilhaqına dair istənilən qərarın "hüquqi dəyəri olmayacaq və bu qərar qınağa layiqdir".
Kreml Rusiyanın cümə günü Ukraynanın dörd regionunu rəsmi olaraq Rusiyaya birləşdirilməsi mərasimini keçirəcəyini bildirib. Ukrayna və onun müttəfiqləri bu prosesi qeyri-qanuni hesab edərək, bunun qisasını yeni sanksiyalar şəklində alacaqlarını vəd edib.
Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı jurnalistlərə bildirib ki, mərasimdə Rusiya prezidenti Vladimir Putin və Rusiyanın bu həftənin əvvəlində başa çatmış referendumları təşkil etdiyi dörd bölgənin Rusiya tərəfindən təyin edilmiş rəhbərləri iştirak edəcək.
Almaniya kansleri Olaf Şolz cümə axşamı tvitter hesabında Ukrayna Prezidenti Volodimir Zelenskiyə Almaniyanın "qondarma nəticələri" heç vaxt tanımayacağına əmin olmasını istədiyini bildirib.
Şolz "Putinin Ukraynanın qanunsuz işğal olunmuş ərazilərində keçirdiyi saxta referendumların heç bir dəyəri yoxdur" deyib.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer çərşənbə günü jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın "beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozaraq, Ukrayna ərazisini ilhaq etmək üçün bu saxta referendumlardan saxta bəhanə kimi istifadə edəcəyini" gözləyir.
Jan-Pyer bildirib ki, Rusiya nə iddia edirsə etsin, bölgələr Ukrayna ərazisi olaraq qalır.
"Buna cavab olaraq, biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyaya və Rusiya daxilində və xaricində bu addıma dəstək verən fiziki və hüquqi şəxslərə əlavə iqtisadi sanksiyalar tətbiq etmək üzərində işləyəcəyik" - deyə, o bildirib.
Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen çərşənbə günü deyib ki, Avropa İttifaqı "Rusiya məhsullarına yeni idxal qadağaları" ilə cavab verməyi və "Kreml hərbi kompleksini əsas texnologiyalardan məhrum etmək üçün" ixrac qadağasını genişləndirməyi planlaşdırır.
"Bu, Rusiya məhsullarını Avropa bazarından kənarda saxlayacaq və Rusiyanı əlavə 7 milyard avro gəlirdən məhrum edəcək" , Fon Der Leyen Brüsseldə jurnalistlərə bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?