Gördüyümüz hadisələrdən, yayılan məlumatlardan məlum ki, İranda baş verən Xalq üsyanını cilovlamaq üçün Qum, Məşhəd və Tehrandakı dini universitetlərdə dərs tədris edən din alimləri və həmin "danişkah"larda oxuyan tələbələr İranın dini rəhbəri Əli Xamineyi əleyhinə "bəyanat yayıblar". İranda yayımlanan Zeitoons.com saytında dərc olunan bəyanatda deyilir ki, onlar Xamineyini vilayəti-fəqh olaraq qəbul etmirlər və bununla bağlı fətva veriblər. Həmin fətvada Xamineyi bundan sonra vilayəti-fəqhlikdən çıxarılıb. Din xadimləri yazıblar: "Məhəmməd şəriətinə əsaslanaraq xalq etirazlarının yatırılmasında iştirak edənləri pisləyirik. Hökumətin birinci şəxsi, yəni Əli Xamenei heç bir şəkildə müctəhid sayılmır, onun bu gündən sonra təqlid səlahiyyəti də yoxdur. Əli Xamenei hökumətinin İslamla heç bir əlaqəsi yoxdur və o, İslamı xalqa hakim olmaq üçün bəhanə edib və özünün hakimiyyətini qorumaq üçün xalqı qırmaqdan çəkinmir. Biz tələb edirik ki, hökumət etiraz aksiyalarına icazə verməli və referendum keçirilməsi üçün hazırlıqlara başlamalıdır".
Beləliklə, baş verən hadisələr fonunda İran-molla rejimi dindarlardan dindarlara ötürülə biləcəkmi?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?