GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Krım körpüsündə partlayışın izi Ermənistana çıxdı, bəs niyə azərbaycanlının furası?

Krım körpüsündə partlayışın izi Ermənistana çıxdı, bəs niyə azərbaycanlının furası?

Tarix: 10-10-2022, 12:12 Bölmə :Dünya Baxış: 180


Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Putinə məruzə etdi, amma suallar daha da artdı...

Biz təkcə işğaldan deyil, həm də terrordan əziyyət çəkən xalqıq. Erməni terroru hələ də davam edir, işğaldan azad edilmiş torpaqlarda az qala hər gün can alan minalar buna sübutdur. Erməniyə qarşı isə biz heç vaxt terror etmədik, bunu sübut edə biləcək bir fakt belə yoxdur. O səbəbdən davam edən Rusiya-Ukrayna müharibəsində tərəflərin dinc əhaliyə qarşı yönəlmiş terror aktları pislənməlidir.

Razılaşaq ki, Krım körpüsü ilə bağlı məsələ bir az qəlizdir. 2014-cü ildə Rusiya yarımadanı bir güllə atmadan anneksiya etdi, Ukraynanın bununla barışması çətindir. İndi isə daha 4 vilayətinin Rusiyanın tərkibinə qatılması “rəsmiləşdi”. Ukrayna buna müqavimət göstərir, göstərməlidir də. Sonu necə olacaq, Allah bilir, amma bu müharibə artıq bütün yazılı-yazılmamış qanunları aşıb, nüvə təhdidinədək gəlib çatıb.

Bir neçə saat əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinə(Bastrıkinlə qrup yoldaşı olublar) Krım körpüsündəki hadisənin terror aktı olduğu barədə məruzə edib. Bastrikinin sözlərinə görə, Ukraynanın xüsusi xidmət orqanlarının hazırladığı terror aktına Rusiya və digər dövlətlərin vətəndaşları cəlb olunub. İstintaq Komitəsinin rəhbəri yük maşının marşrutunu belə açıqlayıb: Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya və Krasnodar diyarı. Halbuki o saatadək furanın ölkə xaricində olması barədə heç nə deyilmirdi. 

Krım körpüsündə baş verənin adı mənə görə də terror aktıdır, amma məsələn, latviyalı nazir üçün təbrik üçün bayramdır, o cümlədən digər müharibə qırğıları və qarğaları üçün də. Amma bizim üçün üzücü olduğu qədər müəmmalı olan bu olayda azərbaycanlılnın adının hallanmasıdır.

Bu terror aktını planlaşdıranlar niyə bomba dolu yükü ehtiyat hissələr adı altında Mahir Yusubovun furasına yükləyiblər? Axı məlum idi ki, bütün dünyanın bir nömrəli xəbərinə çevriləcək bu aktın arxasında kimin dayanmasından əlavə, kimin əli ilə(köməyi ilə və sairə) də əsas müzakirə mövzusu olacaq. Niyə o regionda ən müxtəlif millətlər içərisindən azərbaycanlı seçilib? Bizim millət olaraq terrorla nə bağlılığımız ola bilər, üstəlik iki başqa dövlətin savaşında? Bu, düşündürücü və müəmmalıdır. 

Bu cür planlaşdırılmış terror aktlarında hər şey bütün xırdalıqlarınadək hazırlanır. Mahir Yusufov həmin şirkətdən sifarişi hadisədən bir gün əvvəl(oktyabrın 6-da) alıb(bundan əvvəl o şirkətlə işləməyib), sənədləşmə aparılıb. 7-21 ton ağırlığında yük Armavirdən Simferopla çatdırılmalı, bunun müqabilində isə sürücüyə 48 min rubl ödənilməli idi. Üzə çıxan sənədlər belə deyir. Həmin şirkətdən mediaya açıqlamada isə bildirilib ki, onların terrorla heç bir əlaqəsi yoxdur, istintaqla əməkdaşlıq edirlər. Yəni bomba onlarda yüklənməyib. Bastrıkinin dedikləri də bu cinayətin gedişatını dəyişir, ipin ucunun lap dolaşdırır. Məlum olmur ki, furanı Mahir Yusubov xaricdən sürüb gəlib, yoxsa burada kimdənsə təhvil alıb?

Gürcüstan azərbaycanlısı olduğu deyilən, son illər Kazandan yaşamış Yusubovun haqqında Rusiya mediasında son iki gündə onlarla yazı dərc olunub, amma onun terrorçu ola biləcəyi haqda ən xəfif belə ehtimal yox idi. Dostları, tanıyanlar deyiblər ki, Mahirin məsələn, radikal dindarlarla heç bir əlaqəsi olmayıb, Azərbaycanın yerli diasporası ilə əlaqə saxlayıb, anası ilə ayrılan atası ilə müəyyən problemləri olsa da, öz halında yaşayıb.

Mahir Yusubovun furası oktyabrın 7-də axşam(Putinin 70 yaşı tamam olan gün) keçəcəyini düşünüblər. Amma sürücü Krım körpüsündən bir neçə kilometr qalmış maşını özünün dincəlməsi üçün saxlayıb. Bu barədə o, sonuncu dəfə ailəsi ilə telefon danışığında deyib. 8 oktyabr səhər hava işıqlaşmamış o yola çıxıb və dizel yüklü yük qatarının yanında keçdiyi vaxt avtomobil patlayıb, ya da uzaqdan idarəetmə ilə partladılıb. Furanın önündə başqa bir minik avtomobili də olub, bəzi versiyalara görə fura yox, əvvəl o partlayıb... 

Krım körpüsündə partlayış Rusiya hüquq-mühafizə sistemində ciddi boşluqlar olduğunu göstərdi. Qərb analitiklərinin bu hadisə ilə bağlı bir versiyası da diqqət çəkir. Onlar bildiriblər ki, bu akt Rusiya FSB-si ilə Müdafiə Nazirliyi rəhbərliyi arasında çəkişmənin nəticəsi də ola bilər. Ağlabatan versiyadır. Çünki bu parlayışdan sonra Krım körpüsünün mühafizəsi də daxil olmaqla FSB-nin səlahiyyətlərinə verildi.

Bir sözlə, hadisə ilə bağlı müəmma çoxdur, eləcə də “niyə azərbaycanlı” sualı açıq qalır... 

Nazim SABİROĞLU (musavat.com)

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlıların Putinə qarşı etirazı

    Azərbaycanlıların Putinə qarşı etirazı ...

    9-03-2014, 12:56

  • 
  • Putinin 70 illik yubileyinə belə qiymətli "hədiyyə" etdilər - FOTO/VİDEO

    Putinin 70 illik yubileyinə belə qiymətli ...

    8-10-2022, 14:36

  • 
  • "Körpünü vursa, Ukraynanı məhv edəcəyik" – Jirinovski hədələdi

    "Körpünü vursa, Ukraynanı məhv ...

    17-07-2019, 11:25

  • 
  • Krım məhkəməsi Ukrayna dənizçilərinin həbsi haqda qərar verib

    Krım məhkəməsi Ukrayna dənizçilərinin həbsi haqda ...

    28-11-2018, 11:22

  • 
  • Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali Məclisinin Bəyanatı

    Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali ...

    23-02-2022, 18:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu