GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Problem nə Ukrayna ilə bağlıdır, nə də Səhiyyə Nazirliyi ilə - Ölkədə dərman qıtlığı yaranıb

Problem nə Ukrayna ilə bağlıdır, nə də Səhiyyə Nazirliyi ilə - Ölkədə dərman qıtlığı yaranıb

Tarix: 13-10-2022, 13:53 Bölmə :Dünya Baxış: 319

Bəzi dərman preparatlarının satışda olmaması narazılıq yaradıb. Bu məsələ hətta Milli Məclisdə də qaldırılıb. Millət vəkili Rüfət Quliyev parlamentin iclası başlayandan bir neçə həkim ona məlumat göndərib: “Bir aydan çoxdur ki, “Adrenalin” adında dərman yoxdur. Bu gün 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb. Hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. Digər tərəfdən, bu dərmanlar Türkiyədə rahat satılır. Bizim bir ay əvvəl fikrimiz var idi ki, Türkiyədə satılan dərmanları Azərbaycana da gətirək. Bu problem təcili aradan qaldırılmalıdır. “Adrenalin" dərmanına görə bu gün həkimlər cərrahi əməliyyat həyata keçirə bilmir. Bu problemin həllini uzatmaq lazım deyil”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da problemin mövcudluğunu təsdiqləyib: “Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Bu gün problemin qarşısı qısa zamanda alınmalıdır”.
Milli Məclisdə qaldırılan problemə reaksiya verən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) Mərkəz tərəfindən dövlət qeydiyyatına alınıb. Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Və bizim laboratoriyada ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Bu dərmanları ölkəyə özəl şirkətlər gətirir".
Adrenalin tərkibli dərmanların ardınca apteklərdə "Nurofen" (xüsusilə uşaqlar üçün olan) dərmanı da qəhətə çıxıb. Sosial şəbəkə istifadəçiləri “Nurofen”in tapılmadığını yazıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "Nurofen"in həm kapsul, həm suspenziya, həm də həblərinin idxalı üçün sentyabrın 22-23-də müraciət olunub: "Bu, onu deməyə əsas verir ki, problem yaxın zamanda həll olunacaq". Mərkəz eyni zamanda qeyd edib ki, apteklərin dərman vasitələri ilə təminatı nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aiddir: “Ölkəyə dərman vasitələrinin idxalı, gətirilməsi özəl idxalçı şirkətlər tərəfindən həyata keçirilir. Odur ki, problemin hansı ölkə ilə bağlı olduğu barədə heç bir şərh verə bilmərik”. Ümumi olaraq bildirilib ki, Dərman Vasitələrinin Dövlət Reyestrində 5567 adda dərman vasitəsi qeydiyyatdan keçib. Əsasən Avropa ölkələrindən, Türkiyə, Rusiya, Ukrayna, Hindistan və s. ölkələrdən dərman vasitələri idxal olunur.
GundemXeber.Az xəbər verir ki, yaranmış problemlə bağlı “Şərq”ə danışan iqtisadçı Natiq Cəfərli adıçəkilən dərman preparatlarının qıtlığının Rusiya-Ukrayna müharibəsiylə əlaqəli olmadığını dedi:
- Bəli, dərman preparatlarının ölkəyə gətirilməsində problem yaşanır, logistika məsələləri çətinləşib. Lakin bu, nə Ukrayna ilə bağlıdır, nə də Səhiyyə Nazirliyi ilə. Ukrayna dərman preparatlarının ixracından 8 aydır kənardadır. SN isə dərman gətirən deyil. Yaranmış problem, məncə, dərman preparatlarının idxalı ilə məşğul olan şirkətlərlə daha çox bağlıdır. Əsas məsələ də dərmanların qiymətidir. Hazırda dərmanları əvvəlki - köhnə qiymətlərlə ölkəyə gətirmək idxalçı şirkətlərə sərf etmir. Onlar gözləyir ki, Tarif Şurası məsələyə baxsın, qiymətlərdə dəyişiklik edilsin, yeni qiymətlərlə idxala başlasınlar. Problem idxalçı şirkətlərlə bağlıdır.
N.Cəfərli qeyd etdi ki, ölkənin dərman bazarının 96 faiz idxaldan asılı olması vəziyyəti daha da çətinləşdirir:
- Ölkədə tibbi ləvazimatların istehsal həcmi cəmi 4 faizdir. Bu da gündəlik istifadə olunan pambıq, tibbi maska, tibbi spirt kimi gündəlik istifadə edilən bir-iki tibbi ləvazimatdır. Ölkədə dərman istehsalı sıfır həddindədir deyə, idxaldan asılılıq çox böyükdür və nəticədə gördüyümüz kimi bu cür ciddi problemlər yaranır.
Qeyd edək ki, pediatr Vaqif Qarayev də dərman preparatlarının qıtlığı məsələsinə toxunub: “Son günlər yodla bağlı da ajiotaj var. Tapılmır. Adrenalin adlı preparat da tapılmır. Təkcə bunlar yox, xroniki xəstələrin illərlə qəbul etdiyi preparatlar ya tapılmır, ya da baha qiymətə satılır. Dünyanın əksər ölkələri Azərbaycana dərman ixrac edir, əksəriyyəti də keyfiyyətsiz. Hətta Argentina da. Argentina Messi ixrac edə bilər, onun dərmanla nə işi var?!. Özümüz dərman istehsalına başlamasaq problemlər qaçılmaz olacaq. Pandemiya, müharibə dərman ixracına çox pis təsir edir. Ona görə özümüz istehsal etməliyik!

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Apteklərdə dərman qıtlığı var? - AÇIQLAMA

    Apteklərdə dərman qıtlığı var? - AÇIQLAMA ...

    12-10-2022, 12:56

  • 
  • Deputat prezidentin qərarına qarşı “Avromed” dərmanı ucuzlaşdırmır, apteklərdə bahalaşma davam edir

    Deputat prezidentin qərarına qarşı “Avromed” ...

    3-05-2015, 14:02

  • 
  • Azərbaycanda dərman qıtlığı: Monopoliya, müharibə, yoxsa pul hərisliyi? - NƏ BAŞ VERİR?

    Azərbaycanda dərman qıtlığı: Monopoliya, ...

    14-07-2022, 16:46

  • 
  • Anasının adından istifadə edərək dərman oğurlayır - Bakıda yeni fırıldaqçı

    Anasının adından istifadə edərək dərman oğurlayır ...

    29-01-2018, 13:57

  • 
  • Səhiyyə Nazirliyi: Bu il 835 adda qeydiyyatsız dərman satışdan çıxarılıb

    Səhiyyə Nazirliyi: Bu il 835 adda qeydiyyatsız ...

    10-12-2015, 19:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu