Gundemxeber.az » Dünya » İranda məsciddə qətliamda 45 nəfər ölüb, İŞİD məsuliyyəti üzərinə götürdü
İŞİD terror qruplaşması İranda ötən gün törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Terror təşkilatının yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları ölkənin cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.Son məlumatlara görə, terror aktı nəticəsində 45 insan həlak, onlarla yaralı var. Daha əvvəl İranın bir sıra mətbu orqanlarından bəziləri terror aktında xarici ölkə vətəndaşının iştirak etdiyini bildiriblər. “Mehr” agentliyi ölkənin hakimiyyət nümayəndələrinə istinadən xəbər verib ki, çərşənbə günü günortadan sonra üç silahlı naməlum şəxs Şahçerah məqbərəsinə soxularaq azı 20 nəfəri öldürüb, çoxlu sayda insan isə yaralanıb.
Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilib.Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib
Gundemxeber.Az
15-01-2019, 10:31
22-09-2018, 21:41
11-12-2016, 21:57
11-12-2016, 22:05
12-12-2016, 20:26
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?