Panama bayrağı altında sement daşıyan yük gəmisi Tayvanın qərb sahillərində batıb.
GundemXeber.Az xəbər verir ki, Çinin Mərkəzi Televiziyası qəza zamanı 12 nəfərin itkin düşdüyünü bildirib.
Hadisə bazar ertəsi axşam saatlarında Çjanxua şəhərinin sahil sularında baş verib. Yerli hakimiyyət orqanları əməkdaşlarının fikrincə, qəzaya səbəb əsas mühərrikdəki texniki nasazlıq olub.
Hadisə zamanı gəmidə 17 nəfər olub. Onlardan beşini yaxınlıqdakı gəmilərin köməyi ilə xilas etmək mümkün olub. Tayvan patrul gəmiləri axtarış-xilasetmə əməliyyatı üçün hadisənin baş verdiyi əraziyə göndərilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?