Prezident Co Bayden neft şirkətlərinin rekord qazanc əldə etmələri və benzin almağın ABŞ sakinlərinə baha başa gəldiyindən danışaçaq.
Ağ Evin bəyanatında deyilir ki, Baydenin çıxışı "son günlərdə böyük neft şirkətlərinin rekord gəlir əldə etdikləri, lakin benzinin qiymətini aşağı salmaqla Amerika xalqına kömək etməkdən imtina etdikləri" xəbərlərinə cavabdır.
Cümə günü Bayden neft şirkətlərini qiymətləri azaltmaqdan imtina etdiklərinə görə qınayıb.
Filadelfiyada Demokratlar üçün keçirilən ianə aksiyası zamanı o, əlavə tədbirlərin görüləcəyini desə də, Ağ Ev rəsmiləri bu tədbirlər haqqında təfərrüatlı məlumat verməyib.
Bayden altı ən böyük neft şirkətinin son rübdə 70 milyard dollar mənfəət əldə etdiyini, bəzilərinin isə qazanclarını iki dəfə artırdığını deyib. Məsələn, Exxon 90 gündə 18,7 milyard dollar mənfəət əldə etdiyini və 2021-ci ildəki mənfəətini demək olar ki, üç dəfə artırdığını bəyan edib.
"Mən bu məsələdə israr etməkdə davam edəcəyəm. Deyirlər ki, mən onlarda günah tapıram, amma daha çox olacaq. Ciddiyəm. Bu məni qəzəbləndirir" - deyə, Bayden bildirib.
Bayden neft şirkətlərinin son 20 ildə orta hesabla mənfəət əldə etməsi halında benzinin qiymətinin daha 50 sent düşəcəyini və qiyməti gallon üçün 3 dollardan aşağı salacağını deyib.
Bayden müntəzəm olaraq enerji şirkətlərini benzin qiymətlərini aşağı salmadıqlarına görə tənqid edir ki, bu da yüksək inflyasiya ilə birlikdə qarşıdan gələn ara seçkilərdə Konqresdə çoxluğu saxlamağa çalışan Demokratlar üçün siyasi maneədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?