Gundemxeber.az » Dünya » Sui-qəsdə məruz qalan İmran Xanın son durumu açıqlanıb - YENİLƏNİB-2
Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə onun partiyasının üzvləri bildirib.
Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Onun yarasının yüngül olduğu bildirilib.
Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd edən şəxs saxlanılıb.
Gundemxeber.az xəbər verir ki, onun kimliyi hələ ki, açıqlanmayıb.
Pakistanın Baş naziri Şahbaz Şərif İ.Xana qarşı sui-qəsd cəhdini pisləyib.
“İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”, - hökumət başçısı tviterdə yazıb.
Ş.Şərif, həmçinin bildirib ki, ölkə siyasətində zorakılığa yer olmamalıdır.
3-04-2014, 12:18
8-11-2018, 16:27
20-11-2018, 10:38
14-07-2018, 12:05
26-08-2022, 11:56
Sorğu
Yeni dizaynımız necədir?