GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Baydenin “İranı azad edəcəyik” çağırışı - dəyişiklik istəyən İran cəmiyyəti - ŞƏRH

Baydenin “İranı azad edəcəyik” çağırışı - dəyişiklik istəyən İran cəmiyyəti - ŞƏRH

Tarix: 4-11-2022, 15:32 Bölmə :Dünya Baxış: 322


İranda etiraz aksiyaları 50 gündür davam edir. Sentyabrın 17-dən noyabrın 3-dək keçirilən yürüşlərdə 47-si uşaq olmaqla 298 etirazçı hakimiyyətin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib. 14 mindən çox aksiyaçı həbs edilib və saxlanılıb. Ümumiyyətlə, İraqla müharibədə atəşkəs elan olunandan, sovetlər dağılandan sonra İranda çoxsaylı etiraz aksiyaları keçirilib. 1998-ci ildən indiyədək siyasi, milli, sosialyönümlü aksiyaların sayının artması həm də Tehran hakimiyyətinin islahat aparmaqda maraqlı görünməməsi ilə bağlıdır. Rejim uzun illərdir yığılan çoxsaylı problemləri həll etməkdənsə, bu istiqamətdə çıxış edənləri repressiyaya məruz qoyur.

Əslində, İran məsələsi ötən yüz ildə bir neçə dəfə gündəlikdə olub. Ancaq son anda dünyanın aparıcı gücəri ortaq məxrəcə gələrək bu ölkəni və onu idarə edən rejimi qorumaqla bağlı razılığa gəliblər. İkinci Dünya müharibəsi zamanı, 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək ABŞ Prezidenti Franklin Ruzvelt, SSRİ-nin lideri İosif Stalin və Böyük Britaniya hökumətinin başçısı Uinston Çörçill Tehranda konfrans keçirib. Görüşdə “İran haqqında Bəyannamə”də tərəflər bu dövlətin ərazi bütövlüyünün qorunub saxlanması məsələsində razılığa gəliblər. Bununla da İranda faşistlərlə əlaqəsi olduğu üçün hakimiyyətdən uzaqlaşdırılan Rza Pəhləvinin yerinə gətirilən Məhəmmədrza Pəhləvi rahat nəfəs almağa başlayır. Ancaq çox çəkmir ki, 1945-ci il dekabrın 12-də İranda Azərbaycan Milli Hökuməti qurulur. Bu quruluşu da Tehran dünya gücləri - ABŞ, Böyük Britaniya və SSRİ-nin yardımı ilə qan içində boğur. O zaman Güney Azərbaycanda yenə proseslərə ikili yanaşma var idi. Sovet İttifaqı Güney Azərbaycandakı azadlıq ideallarını və milli prosesi öz təsiri altında saxlamaq istəyirdi. Böyük Britaniya və ABŞ bu hadisələrə milli azadlıq hərəkatından daha çox sovetlərin İrana ərazi, iqtisadi və ideoloji ekspansiyası kimi baxırdılar. Bu iki ziddiyyət nəticəsində İranın demokratikləşməsi və ya federativləşməsi kimi mütərəqqi prosesin qarşısı alındı. Bu həm də ABŞ başda olmaqla dünyanın aparıcı güclərinin müasir dövrdə yanaşmalarında ilk səhvi sayıla bilər.Yeri gəlmişkən, İranda ikinci ən möhtəşəm hərəkat 1951-ci ildə baş verib. Həmin il aprelin 28-də Məhəmməd Müsəddiq hakimiyyətə gəlib. 1950-ci ildə amerikalılar Səudiyyə Ərəbistanına güzəştə gedərək neftdən gələn vəsaitin yarı bölünməsinə razılıq veriblər.

Bu, İranda neft sənayesinin kütləvi şəkildə milliləşdirilməsi hərəkatına təkan verib. Bu hərəkata Xalq Cəbhəsi Partiyası, ona isə keçmiş maliyyə naziri Məhəmməd Müsəddiq rəhbərlik edib. 1951-ci ildə Müsəddiqin Xalq Cəbhəsi Partiyası parlamentə keçib. Parlament “Anglo-Iranian Oil Company” şirkətinin milliləşdirilməsinə dair qanun qəbul edib. Hərbi vəziyyət elan edilsə də, Tehranda kütləvi aksiyalar səngiməyib. Nəhayət, hökumət istefa verir, Qacarlar sülaləsinin nümayəndəsi, Fətəli şahın kötücəsi, şahzadə Abbas Mirzənin nəvəsi Məhəmməd Müsəddiq baş nazir olub. O, vaxtilə Rza Pəhləvinin də şah taxt-tacında oturmasına etiraz etmişdi. Onun oğli Məhəmmədrza şahı da despot sayırdı. O, İranın demokratikləşməsi, neftin milliləşdirilməsi, diktaturanın devilməsi istiqamətində fəaliyyət göstərib. 1953-cü ildə ABŞ və Böyük Britaniya onun hökumətinin devrilməsinə rəhbərlik edib. Başqa sözlə, Böyük Britaniya və ABŞ demokratik seçkilərlə iqtidara gələn, xalqın istəyi ilə nefti milliləşdirən, həyata keçirmək istədiyi islahatlarla demokratiyanın qarşısını açmağa çalışan Müsəddiq hökumətini devirdilər. “Ayaks” adı altında keçirilən əməliyyatın MKİ-nin sənədlərində “İranın kommunizm təhlükəsindən xilas edilməsi” kimi qeyd olunduğu bildirilib. Məhəmməd Müsəddiq hökuməti İranın müasir tarixində islahatların keçirilməsinə ilk cəhd etdi. ABŞ Prezidenti 1953-cü il hadisəsinə görə bir müddət sonra İran xalqından üzr də istəyib. Bu, İranla bağlı ABŞ başda olmaqla Qərbin ikinci böyük səhvi idi. Bu arada İranda Xomeyninin hakimiyyətə gətirilməsində də Qərbin rolu danılmazıdır..Deməli, İraqla müharibədən sonra İranda ən böyük etiraz aksiyası 2006-cı ilin mayında keçirib. Onda Güney Azərbaycan türkləri “İran” adlı qəzetin yazdığı məqalə ilə milli heysiyyatlarının təhqir olunmasına etiraz edib. Bu, Azərbaycan türklərinin milli haqlarının tələbi ilə bağlı son illərin ən böyük aksiyası da sayılır. Onda 200-ə yaxın aksiya iştirakçısının Tehranın hərbi-polis qüvvələri tərəfindən öldürüldüyü (itkin düşdüyü) və 5 mindən çox etirazçının saxlanıldığı, həbs edildiyi barədə məlumat yayılmışdı. Bu, İranda milli məsələ ilə bağlı ən böyük dinc etraz aksiyası idi və onda Qərb buna da dəstək vermədi.

Üç il sonra, 2009-cu ilin yazında İranda keçirilən prezident seçkisində Yaşıllar Hərəkatı adlı islahatçı cərəyan meydana çıxdı. Bu hərəkatın lideri, keçmiş Baş nazir Mirhüseyn Müsəvi və parlamentin keçmiş sədri Mehdi Kərrubi idi. Aksiya iştirakçıları seçkidə saxtakarlıq edildiyini və Prezident Mahmud Əhmədinejatın istefasını tələb edirdi. O zaman aksiyaçılar ayətullah Xomeyni və ayətullah Xameneinin posterlərini yandırır, “Diktatora ölüm!”, “Azadlıq, Ədalət!” və s. şüarlar səsləndirirdi. Bu hərəkat da beynəlxalq aləm tərəfindən dəstək almadığı üçün İran hakimiyyəti tərəfindən boğuldu. Minlərlə insan ölkəni tərk etməyə məcbur oldu, təzyiqlərə məruz qaldı, qətlə yetirildi... Yaşıllar Hərəkatına siyasi-mənəvi dəstək verməməsi, yaxud yetərli olmaması Qərbin region və İranla bağlı yürütdüyü yanlış siyasətin nəticəsi idi.

İkinci Dünya müharibəsindən sonra yeni dövlətlər yarandı. Dünyanın siyasi xəritələri dəyişdi, ancaq İranda dikraturanı diktatura əvəzlədi. Bu gün İran cəmiyyəti yenidən ayaqdadır. Aksiya iştirakçıları “Diktatora ölüm!”, “Qadın, azadlıq, ədalət!”, “Azadlıq, ədalət, milli hökumət!” kimi şüarlar söyləyirlər. Bir sıra ölkələr İranda keçirilən aksiyaları dəstəklədiklərini bildirirlər. Ötən gün ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada çıxış zamanı İrandakı etiraz aksiyalarını dəstəkləyənlərə xitabən deyib: “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”. O, İrandakı vəziyyətlə bağlı görüləcək tədbirlərdən danışmayıb. Ağ Evin Milli Təhlükəsizlik Şurası da məsələyə aydınlıq gətirməyib.

Bəs ABŞ İranda keçirilən aksiyanı axıradək dəstəkləyə bilərmi? Qeyd edək ki, aksiyalar gündən-günə genişlənir. İranda etiraz aksiyalarının bir ənənəsi də var. Yürüşlərdə qətlə yetirilənlərin 40 mərasimi keçirilir. Başqa tərbirlərlə yanaşı, bu mərasimin də keçirilməsi hərəkata yeni təkan verir. Ehtimal etmək olar ki, ABŞ və müttəfiqlərinin bəhs etdiyimiz dinc aksiyaları indiki şəraitdə dəstəkləməsi üçün münasib şərait və vaxt yetişib. Bunun üçün başlıca amilləri aşağıdakı kimi sıralamaq olar:

- Hakimiyyətin tətbiq etdiyi hicab qaydasına etiraz həm də cəmiyyətin Tehran hakimiyyətinin qaydalarına qarşı çıxmasıdır. Bu baxımdan cəmiyyət mürtəce üsulla idarəetməyə qarşı çıxır. Başqa sözlə, əvvəlki kimi yaşayıb rejimə tabe olmaq istəmir;

- Tehran hakimiyyəti ölkəni əvvəlki üsulla idarə etməkdə çətinlik çəkir;

- Cəmiyyətlə hakimiyyət arasında uçurum dərinləşib. İranın rəhbərliyinə, rejimin cəmiyyətə örnək olaraq təqdim etdiyi şəxslərə və ideyalarına etirazlar artır. Xomeyni, Xamenei, general Qasım Süleymani kimi şəxslərin posterlərinin, heykəllərinin sındırılması bundan xəbər verir. Bütlərin sındırılması;

- Cəmiyyətin hakimiyyətə etibarının azalması;

- Vətəndaşın təhlükəsizliyinə təminat yoxdur. Şahçıraqda baş verən hadisə İranın vətəndaşların təhlükəsizliyini təmin edə bilməyəcəyini göstərir. Konstitusiyaya əsasən, vətəndaşın sərbəst toplaşmaq haqqı olsa da, aksiya iştirakçılarına qarşı odlu silahdan atəş açılması da bunu təsdiqləyir;

- Qonşu dövlətlərlə münasibətlərin gərgin olması;

- Müttəfiqləri Rusiya və Çinin ötən illərlə müqayisədə İranı zəif dəstəkləməsi;

- İranın ABŞ-ın müttəfiqlərinin əhatəsində olması;

 İran hakimiyyətinin beynəlxalq aləmdən özünütəcridi seçməsi;

- Sanksiyalar səbəbindən ölkə iqtisadiyyatının böhrana yuvarlanması;

- Hakimiyyətin aksiya iştirakçıları ilə danışığa getməməsi vəziyyəti daha da ağırlaşdırır. Bu isə hakimiyyətə qarşı yeni müxalifətin formalaşmasına şərait yaradır. Ona görə də yeni qüvvənin meydana çıxması;

- Proseslərin hakimiyyətə alternativin yaranmasına şərait yaratması və s.

Bu və başqa səbəblər İranda dəyişikliyin baş verməsinə təkanverici amil sayıla bilər. Odur ki, ABŞ və müttəfiqlərinin son 77 ildə 5-ci səhvi etməyəcəyinə ümid artır...


SƏDRƏDDİN İSMAYILOV

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda 400 etirazçı hələ də həbsdədir

    İranda 400 etirazçı hələ də həbsdədir ...

    14-01-2018, 23:16

  • 
  • Amnesty International İranda etiraz aksiyaları zamanı azı 208 nəfərin öldürüldüyünü bildirir

    Amnesty International İranda etiraz aksiyaları ...

    3-12-2019, 11:53

  • 
  • İranda etiraz aksiyaları PİK HƏDDƏ - İstefa tələbi

    İranda etiraz aksiyaları PİK HƏDDƏ - İstefa tələbi ...

    29-06-2018, 14:45

  • 
  • İranda 200 min insanın qatıldığı aksiyalarda 7 min nəfər həbs olunub

    İranda 200 min insanın qatıldığı aksiyalarda 7 ...

    28-11-2019, 14:58

  • 
  • İranda hicaba etiraz aksiyaları vüsət alıb

    İranda hicaba etiraz aksiyaları vüsət alıb ...

    15-05-2019, 11:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (451)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu