GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Fətvası verilən İran hakimiyyəti - hökmü icra edəcək yeni nəsil - ŞƏRH

Fətvası verilən İran hakimiyyəti - hökmü icra edəcək yeni nəsil - ŞƏRH

Tarix: 10-11-2022, 18:15 Bölmə :Dünya Baxış: 260


İrandakı rejimin fətvası verilib, xalq küçələrdə azadlıq axtarır

İranda etiraz aksiyalarının 56-cı günüdür. Son məlumata görə, 50-si uşaq olmaqla 321 aksiyaçı Tehran rejiminin hərbi-polis qüvvələri tərəfndən qətlə yetirilib. Etiraz aksiyasında rejimin ən əsas güc strukturlarının rəsmilərinin ailə üzvləri də iştirak edir. İran hakimiyyətinin əsas dayağı olan İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisi Əliəsgər Şirməhəmmədinin oğlu Mürtəza Şirməhəmmədi də aksiyada qətlə yetirilib. Mürtəza Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetində təhsil alırmış. SEPAH nümayəndəsi oğlunun ölüm faktını 5 gün ictimaiyyətdən gizlədib.

İranda ictimai-siyasi fəallar cəmiyyətin dəyişməsini istəyirlər. Müşahidələr onu deməyə əsas verir ki, ölkədə hər gün çoxlu sayda etirazçı saxlanılır. Bu, inqilabdan sonra müasir İranın tarixində ən uzunmüddətli aksiyadır. Aksiyalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, İran hakimiyyəti etiraz aksiyalarına görə, Ağ Evi ittiham edir: “Ancaq reallıq belədir: Tehran hakimiyyəti yaratdığı problemlərlə üzləşib”. O, ABŞ Prezidenti Cozef Baydenin “İranı azad edəcəyik” fikrinə belə münasibət bildirib: “Bu çox güclü etirazdır. Aksiyaların bizimlə və ya başqa bir xarici aktorla heç bir əlaqəsi yoxdur”.

İrandakı ümumxalq aksiyalarına beynəlxalq dəstək

N.Prays ümummilli etirazları İran xalqının həqiqi, qanuni və səmimi istəklərinin nəticəsi kimi qiymətləndirərək aksiyaların davam etməsinə səbəb kimi cəmiyyətlə hakimiyyət arasında əlaqələrin zəif olmasını göstərib. O vurğulayıb ki, rəsmi Vaşinqton etirazlara qarşı amansızlıq göstərdiyi üçün İran hakimiyyətini məsuliyyətə cəlb etmək yollarını axtarır. Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken isə bildirib ki, ABŞ dünyanın iranlıların səsini eşitməsi üçün yardım edəcək.

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Tehran hakimiyyətinin etirazçılara qarşı davranışını Yaxın Şərqdə sabitliyin pozulması üçün başlıca səbəb sayır. Fransa və Almaniya liderləri də dinc aksiyaların zorakılıqla dağıdılmasına görə İran hakimiyyətini ittiham ediblər.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman İrana vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq edib. O, Tehran hakimiyyəti ilə qarşılıqlı anlaşma əldə edə bilmələrinin mümkünsüzlüyünü vurğulayaraq deyib: “Onlar müsəlmanların qibləsini ələ keçirmək istəyirlər. Biz Səudiyyə Ərəbistanının döyüş meydanına çevirilməsini gözləyə bilmərik”.

İran hakimiyyəti isə ABŞ, İsrail və digər ölkələri, o cümlədən, Azərbaycanı şərləyərək şantaj edir, hədələyir. İran ETTELAAT-ının başçısı İsmayıl Xatib bildirib ki, onların iradəsi qisas və cəzaya köklənərsə, o zaman, şüşə saraylar dağılacaq, ölkələr sabitlik görməyəcək. Qeyri-rəsmi mənbələrin məlumatına əsasən, SEPAH-ın İraqda yaratdığı "Həşd-Şəəbi" adlı silahlı dəstənin bir qrupu üzvü aksiyaları yatırmaq və ölkədə baş verə biləcək hadisələrin qarşısını almaq məqsədi ilə Bağdaddan İrana gətirilib. Rəsmilərinin davranışı, açıqlaması və keçirdikləri hərbi təlimlər isə Tehranın daha çox hədələmə taktikasını seçdiyini deməyə əsas verir.

Öz ölkəsinin daxili problemlərini həll etməyə qadir olmayanlar Azərbaycanı qorxutmaq istəyir

Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı SEPAH-ın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərə və bu ölkə rəsmilərinin hədələyici çıxışlarına cavab verib: “İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!.. Çünki yenə də deyirəm, mən heç vaxt müqayisə aparmaq istəmirəm, - amma indiki dünyada heç nəyi gizlətmək mümkün deyil, hər şey göz qabağındadır, - bir çox ölkələr daxili problemlərin içində çabalayır, bir çox ölkələrdə daxili böhran hökm sürür, qarşılıqlı inamsızlıq, ictimai asayişin pozulması, xalq-iqtidar arasındakı uçurum”...

Prezident bununla İran və Ermənistandakı son hadisələrə münasibət bildirib. Başqa sözlə dövlət başçısının açıqlamasından belə nəticə çıxarmaq olar - öz ölkəsinin daxili problemlərini həll etməyə qadir olmayanlar Azərbaycanı hədələyir, regionda söz sahibi olmaq istəyirlər. İranda baş verənlər göstərir ki, etirazlar yatırılsa da, yatırılmasa da ölkədə vəziyyət əvvəlki kimi olmayacaq. Cəmiyyətlə hakimiyyət arasında dərinləşən uçurum İranda hakimiyyət böhranına səbəb ola bilər.

Tehran bir sıra addımları atmaqda artıq gecikir. İndiyədək aksiya iştirakçıları ilə heç bir görüş keçirilməyib və tələblərə münasibət bildirilməyib. Etirazlara ancaq güc və odlu silahdan açılan atəşlə cavab verilib. İran hakimiyyəti ölkədə islahat aparmağa artıq yaramır. Çünki bu proses üçün cəmiyyətin ona etibar etməsi və dayaq durması vacibdir. Baş verənlər isə sübut edir ki, İrandakı fəal insanlar rejimə inanmır, onu “diktator” adlandırır. Belə bir halda Tehran ölkədə hərbi və ya fövqəladə vəziyyət rejimi elan edə bilər.Onu da qeyd edək ki, İran cəmiyyəti 43 ildir elan edilməmiş hərbi-polis rejimi şəraitində yaşayır. Bu rejimin rəsmiləşdirilməsi isə ölkəyə yeni heç nə vəd etməyəcək, ancaq represiyalar artacaq. Bu, İranda silahlı müqavimət hərəkatının yaranmasına da səbəb ola bilər. Belə vəziyyətin yaranması isə İranın vətəndaş müharibəsinə sürüklənməsi ehtimalını artırır. Ona görə də indiki vəziyyətə əsasən, demək olar ki, bütün hadisələr Tehran hakimiyyətinin əleyhinə işləyir. Başqa sözlə, İrandakı rejimin fətvası verilib. Bu hökmü icra edəcək təbəqəni də o, özü yetişdirib. Onlar küçələrdə rejimə etiraz edən, inqilabdan və İraqla müharibədən sonra dünyaya gələn nəsildir...


SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Etiraz aksiyalarında öldürülən güney azərbaycanlılardan 3-nün kimliyi müəyyən edilib

    Etiraz aksiyalarında öldürülən güney ...

    25-11-2019, 14:32

  • 
  • Azərbaycanlı fəallar Savalan zirvəsində - İrana etiraz

    Azərbaycanlı fəallar Savalan zirvəsində - İrana ...

    30-07-2018, 12:36

  • 
  • İranlı generalın öldürülməsi müharibənin başlanğıcı ola bilər – Senatordan etiraf

    İranlı generalın öldürülməsi müharibənin ...

    3-01-2020, 10:31

  • 
  • İran kəşfiyyatına yaxın biznesmenlər Eldar Mahmudov və çevrəsinə villalar hədiyyə ediblər - Keçmiş nazirin SEPAH-la əlaqələri ilə bağlı sensasion ittihamlar

    İran kəşfiyyatına yaxın biznesmenlər Eldar ...

    30-10-2015, 23:16

  • 
  • İranda hərbi paradda terror törədilib, çoxlu sayda ölən və yaralanan var

    İranda hərbi paradda terror törədilib, çoxlu ...

    22-09-2018, 10:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (461)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu