Gundemxeber.az » Dünya » Böyük 20-lər sammiti nədir və sammitdə nələr müzakirə olunacaq?
G20 ölkələrinin liderləri bu gün İndoneziyanın Bali adasında görüşür. Əsas məqsəd Covid-19-dan sonra iqtisadiyyatların bərpa addımlarının müzakirəsi, Ukrayna müharibəsinin gərginliyi müzakirələrə maneə ola bilər.
G hərfi ingiliscədə Great – yəni, Böyük sözünün baş hərfidir. Odur ki, biz G-20-ni Azərbaycan dilində Böyük İyirmilər şəklində deyirik.
Böyük sözü 20 ölkənin birlikdə təşkil etdiyi qeyri-rəsmi qrupa doğrudan da yaraşır.
Bu ölkələr dünya sənayesinin 80 faizini, ümummilli məhsulun 85 faizini, dünya ticarətinin 75 faizini və dünya əhalisinin isə 66 faizini təmsil edirlər.
Maliyyə nazirlərinin və mərkəzi milli bank direktorlarının 20-lər qrupu 1999-cu ildə qlobal iqtisadiyyat problemlərini çözmək məqsədi ilə sənayecə inkişaf etmiş 19 ölkəni və Avropa İttifaqını bir araya gətirərək yaradılıb.
G20-nin Avropa üzvləri Avropa İttifaqı və 19 dövlətdən ibarətdir. Bu ölkələr Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya və ABŞ-dır. İspaniya danışıqlara qonaq kimi dəvət olunur.
G-20 qrupu qeyri-rəsmi qrup olduğundan icbari qərarlar qəbul etmir, lakin bununla belə, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrlə əlaqələndirməklə dünya iqtisadiyyatına əvəzsiz töhfə verir.
Sammitdə nələr müzakirə olunur?
G20 liderlərinin iqtisadiyyat haqqında danışmaq üçün bir araya gəldiyi görüşlərdə iqlim dəyişikliyindən, dayanıqlı enerjiyə, beynəlxalq borc amnistiyasından tutmuş, transmilli şirkətlərin vergilərinə qədər daha geniş məsələlər müzakirə olunur.
Hər il başqa bir ölkə G20-yə sədrlik edir və iclasın gündəliyini müəyyən edir.G20-nin builki ev sahibi İndoneziya Bali sammitində qlobal sağlamlıq tədbirlərinin və pandemiyadan sonra iqtisadiyyatın bərpasının müzakirə edilməsini istəyir. Bundan başqa, ölkə dayanıqlı enerjinin təşviqinin tərəfdarıdır.Sammit həm də ölkə liderlərinə təkbətək danışıqlar aparmaq imkanı verir.ABŞ Prezidenti Joe Biden Çin lideri Xi Jinping ilə Tayvanın statusunu müzakirə etmək üçün görüşüb.
Sammitdə kimlər iştirak edir?
Siyasi gərginlik sammitə kölgə sala bilər.Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın ölkəsinə müdaxiləsi səbəbindən sammitdə iştirakının qarşısının alınmasını tələb etmişdi.İndoneziya hökuməti Putinin sammitdə şəxsən iştirak etməyəcəyini açıqlayıb.
ABŞ Prezidenti Joe Biden-in Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşməyəcəyi düşünülür.Prezident Biden Səudiyyə Ərəbistanını Rusiya-Ukrayna müharibəsini maliyyələşdirməyə kömək etməkdə ittiham edib və iki ölkənin xam neftin qiymətini yüksək saxlamaq üçün birlikdə çalışdığını bildirib.
Sammitdə hökumət başçıları ənənəvi olaraq birgə şəkil çəkdirirlər.
Bu, liderlərin imzaladığı müqavilələri təqdim etmək üçün bir fürsət kimi qiymətləndirilir, lakin diplomatik fikir ayrılıqlarının fotoda özünü necə göstərdiyi qəzet başlıqlarına çıxır.
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra 2018-ci ildə liderlər sammitində faktiki olaraq, xüsusi diqqət yetirilməyən şahzadə Məhəmməd bin Salman bu “ailə fotosu”nda qrupun ən sonunda idi.
2008 və 2009-cu illərdə maliyyə böhranı zamanı keçirilən liderlərin sammitlərində qlobal maliyyə sisteminin xilası üçün bir sıra tədbirlər razılaşdırılıb.
Bununla belə, iddia olunurdu ki, sonrakı sammitlər daha az konstruktiv olub, çünki onlar rəqib dünya gücləri arasında gərginliklə yadda qalıb.
G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin builki görüşündə Ukraynaya müdaxilə ilə bağlı müzakirələr səbəbindən Rusiya ilə Qərb dövlətləri arasında xüsusi razılıq əldə olunmayıb.
Lakin liderlər sammitdə əlavə görüşlərdə bir araya gəlib razılaşma əldə etməyə çalışırlar.
2019-cu ildə Osakada keçirilən sammitdə ABŞ-ın o zamankı Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Şi Jinping böyük bir ticarət mübahisəsini həll etmək üçün danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər.
Zirvəyə niyə etiraz edirlər?
Liderlərin sammitləri tez-tez kütləvi etirazlarla qarşılanır.
2018-ci ildə Buenos Aires sammitində G20-nin iqtisadi siyasətlərinə etiraz edən minlərlə insanın iştirakı ilə yürüş keçirilmişdi.
2017-ci ildə Hamburqda keçirilən sammitdə kapitalizmə qarşı yürüşlər keçirilmişdi; 2018-ci ildə Rio-de-Janeyroda və 2010-cu ildə Torontoda keçirilən G20 sammitlərində minlərlə nümayişçi yürüş keçirmişdi.
2009-cu ildə qəzet satıcısı İan Tomlinson Londonda keçirilən G20 sammitinə etirazlar zamanı işdən evə qayıdarkən öldürülmüşdü.
Gundemxeber.Az
7-07-2017, 18:57
16-11-2015, 12:52
26-06-2013, 13:53
2-12-2018, 00:06
19-08-2022, 19:58
Sorğu
Yeni dizaynımız necədir?