GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Senatın qətnaməsi xoruzun vaxtsız banlamasıdır: Avropa İttifaqında dağıdıcı Fransa - ŞƏRH

Senatın qətnaməsi xoruzun vaxtsız banlamasıdır: Avropa İttifaqında dağıdıcı Fransa - ŞƏRH

Tarix: 16-11-2022, 15:33 Bölmə :Dünya Baxış: 205


Fransa Senatının Azərbaycana qarşı qətnaməsi bütün baxımlardan beynəlxalq münasibətlərə və normalara ziddir. Bu sənəd Fransanın işğalçı siyasətini və dağıdıcılığını nümayiş etdirir. Ölkə sübut edir ki, əməkdaşlığa yararsızdır. O, özünü daha çox avantüristcəsinə qüdrətli, böyük və ədalətli göstərməyə çalışır. Belə davranışı ilə dələduzları xatırladır.

Bu xüsusiyyətinə görə Fransa Avropa İttifaqının perspektivi üçün də problem yaradır.

Ehtimal etmək olar ki, Böyük Britaniyanın İttifaqdan çıxmasına səbəblərdən biri də rəsmi Parisin davranışıdır. 2016-cı il iyunun 23-də krallığın seçiciləri ölkəsinin Avropa İttifaqından çıxmasına səs verib.

Böyük Britaniya bununla həm də suverenliyini qoruyub saxlayıb. Ölkədə qanunverici hakimiyyəti xalq tərəfindən seçilən parlamentin icra etməsinə baxmayaraq, son sözü Brüssel söyləyirdi. Bu hal ittifaqı tərk etmək üçün ən böyük səbəb göstərilirdi.

Belə düşünmək olar ki, “Brexit” həm də Fransanın liderliyinin qəbul edilməməsi demək idi. Tarixən krallıqla Fransa arasında yaşanmış hadisələr ikincinin birinci üzərində qeyri-formal hegemonluğu kimi görünürdü.

Britaniyanın bu addımı perspektivdə başqalarının bu quruma üzvlüyünə təsir göstərə bilər. Çünki Fransa İttifaqı özününkü bilir. Orada istənilən qərarı qəbul etdirə biləcəyini düşünür. Avroparlamentdə də fransalı milliyətçilərin təmsil olunması təşkilatın ədalətli qərarlar qəbul edəcəyinə şübhə yaradır.

Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlıq proqramının üzvüdür. Fransa İttifaqın qeyri-rəsmi lideri sayılır. Onun senatının bu qətnaməsi təşkilata rəsmi Bakının və Azərbaycan cəmiyyətinin münasibətinə şübhə yaradır.

Onu da qeyd etmək lazımdır ki, məlum sənəd Azərbaycanda demokratik dəyərlərlə bağlı deyil, bu, sırf olaraq ölkənin ərazi bütövlüyü və suverenliyinə təhdiddir. Yeni iğalçılıq fəaliyyəti və müharibə üçün rəy formalaşdırmağa, təbliğata cəhddir.

Azərbaycan öz torpaqlarını işğaldan təmizləyərək həmin ərazidə suveren hüquqlarını bərpa edir. Habelə Ermənistanla münasibətlərin normallaşması ilə bağlı 5 maddəlik təklif irəli sürüb. Rəsmi İrəvan isə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatdan irəli gələn öhdəliyini yerinə yetirmir, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə gecikdirir.

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə sayca 4 görüş keçirilib. Dördüncü görüş rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi 5 maddəlik prinsiplər üzərində qurulub.

Yeri gəlmişkən, bu ilin ilk 6 ayında Fransa rotasiya qaydasında Avropa İttifaqı Şurasına sədrlik edib.

Ermənistanın bu prinsiplərdən yayınması üçün Fransa Senatı onlara dəstək verir.

Belə görünür, 44 günlük müharibədə həm də Fransanın timsalında Ermənistanın havadarları da uduzub. İndi məğlubiyyətin heyfini Senat Azərbaycana qarşı qanunazidd qətnamə qəbul etməklə çıxmaq istəyir.

Qətnamə ilə Yelisey sarayı və ölkə parlamentinin Yuxarı Palatası Avropa İttifaqı Şurasına qarşı da fəaliyyət göstərmiş olur. Fransa bununla da belə məsələlərdə Avropa İttifaqının istənilən qurumunun vasitəçiliyinin üzərinə kölgə salır, ona etimadı azaldır.

Başqa bir məsələyə də diqqəti çəkmək istərdik. İndi Aİ 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi, siyasi təşkilatdır. Ancaq bu təşkilatın təməli 1951-ci il aprelin 18-də Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyətinin yaradılması ilə qoyulub. Deməli, qurumun əsasında enerji daşıyıcları ilə bağlı məsələ durur. Odur ki, enerji təhükəsizliyi məsələsini ittifaq üçün prioritet saymaq olar.

Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar“Rusiyanın Ukraynaya qarşı qəddar müharibəsindən sonra RF ilə yolları ayıraraq üzünü daha etibarlı tərəfdaşlara üz tutmağa qərar verib. Azərbaycanı onların arasında görməyə şadam", - Ursula Fon der Lyayen bildirmişdi. Komissiyanın Prezidenti onu da vurğulamışdı ki, Avropa Azərbaycanı etibarlı tərəfdaş hesab edir.

Tərəflər gələn il qaz nəqlinin həcmini 12 milyard kub metrə, növbəti illərdə isə 20 milyard kub metrə çatdırmağı hədəfləyiblər. Azərbaycan bu ilin ilk 10 ayı ərzində Avropaya 9,3 milyard kubmetr təbii qaz tədarük edib. İlin sonuna kimi bu göstəricinin 11,5 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrünün faktiki göstəricisindən 40 faiz çoxdur.

Senat bu əsassız qətnaməsi ilə Avropa İttifaqının etibarlı tərəfdaşlığına şübhə yaradıb.

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda da ölkəsinin Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam etdiyini vurğulamışdı:

“Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”.

Fransa ilə ABŞ arasında da Avropa İttifaqına münasibət baxımından mübahisələr var. Ölkənin maliyyə naziri Bryuno Le Mer ştatları Avropa üzərində ağalıq etməyə cəhddə ittiham edib: “Biz Ukrayna münaqişəsinin ABŞ-ın iqtisadi üstünlüyü və Avropanın zəifləməsi ilə nəticələnməsinə imkan verməməliyik”.

Rusiyanın Ukraynada apardığı müharibədə Fransanın birmənalı mövqe tutmaqda çətinlik çəkməsi də onun ittifaq daxilində nüfuzuna zərbə vura bilər. Bu müharibə başa çatandan sonra Aİ daxilində nüfuz dairəsində dəyişikliklərin yaranacağı gözlənilir. İttifaq daxilində oyunçuların yeni düzülüşü ehtimal olur. Bu hadisə həm də Fransanın mövqeyini laxladacaq. O zaman nüfuzdan düşəcək belə Fransa ya “frexit” edəcək, ya da Avropa İttifaqı daxilində pozuculuqla məşğul olacaq. Bu da Avropa İttifaqının dağılmasına təkan verib, onu gözdən sala bilər.

Göründüyü ki, Fransa üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən yayınır. Onun belə fəaliyyəti Aİ-nin perspektivinə problem yaradar, qurumu etibarsız təşkilata çevirər. Odur ki, özünü hamıdan ağıllı sayması Fransa hakimiyyətini axmaq vəziyyətə qoyur. Senatın qətnaməsi də Avropa İttifaqı üçün münasib vaxtda qəbul edilməyib. Bu baxımdan onun atdığı addım xoruzun zamanında banlamamasına oxşayır. Belə xoruzu isə adətən tez çıxdaş edirlər...


SƏDRƏDDİN İSMAYILOV







  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şotlandiya Britaniyanın Avropa İttifaqından çıxmasına veto qoya bilər

    Şotlandiya Britaniyanın Avropa İttifaqından ...

    26-06-2016, 18:40

  • 
  • Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir”

    Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi ...

    26-11-2020, 14:54

  • 
  • Böyük Britaniya Avropa İttifaqının gömrük birliyini tərk edir

    Böyük Britaniya Avropa İttifaqının gömrük ...

    17-05-2018, 17:50

  • 
  • Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi

    Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi ...

    27-06-2016, 13:05

  • 
  • Britaniya parlamenti Avropa Birliyi ilə bağlı müzakirələrə başladı

    Britaniya parlamenti Avropa Birliyi ilə bağlı ...

    1-02-2017, 00:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu