Gundemxeber.az » Dünya » Dövlət Departamenti: Azərbaycandan enerji ixracı Rusiyadan asılılığı azaldacaq
ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya idxalından asılılığını azaltmağa kömək edəcək.
Bunu çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan hədsiz dərəcədə asılı olan bütün ölkələr başqa təchizat mənbələri axtarırlar. Bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə edirik”, – Donfrid bildirib.
Gudnemxeber.Az
27-03-2014, 09:39
19-06-2022, 12:42
6-05-2016, 14:31
28-01-2018, 15:29
25-04-2014, 11:25
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?