ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı enerjini Avropaya qarşı “siyasi alət” kimi istifadə etməkdə günahlandırıb. Dövlət katibi bu fikri Varşavada polşalı həmkarı ilə görüşü zamanı səsləndirib.
Polşanın xarici işlər naziri Yasek Çaputoviç ilə birlikdə keçirdiyi mətbuat konfransı zamanı Tillerson bildirib ki, ABŞ Rusiyanı və Almaniyanı birləşdirilməsini nəzərdə tutan Şimal Axını 2 qaz kəmərinə qarşıdır. Bəzi Şərqi Avropa ölkələri də Rusiyaya qaz bazarında böyük pay qazandıracaq bu kəmərə etiraz edirlər.
“Polşa kimi Birləşmiş Ştatlar da Şimal Axını 2 kömərinə etiraz edir” – deyə Tillerson bildirib. “Biz bu layihəni Avropanın enerji təhlükəsizliyə hədə kimi görürük və bu Rusiya üçün enerjini silayi alət kimi istifadə etmək imkanı verir.”
Tillersonun Polşaya səfəri ABŞ-ın Amerika təbii maye qazını mərkəzi Avropada satışına çalışdığı bir zamana təsadüf edir. Həmin regionda enerji təminatında Rusiyanın üstünlüyü böyükdür.
ABŞ-ın yüksək vəzifəli rəsmiləri bildiriblər ki, Vaşinqton Avropa xalqlarının enerji təminatlarını diversifikasiya etməyə və onların yalnız Rusiyadan asılı olmamalarına kömək edəcək.
2017-ci ilin 7 iyun tarixində ABŞ-ın Mərkəzi Avropaya ilk təbii maye qaz yükgöndərməsi Polşaya çatıb. Dövlət Departamenti o zaman bildirmişdi ki, Vaşinqton avropalı tərəfdaşları ilə birliklə Avropanın enerji təminatını təbii qazın yeni mənbələri vasitəsilə diversifikasiya etməsinə çalışır.
Tillersonun Polşaya səfəri Vaşinqtonun Varşava ilə strateji tərəfdaşlığının möhkəmləndirilməsi məqsədi güdür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?