GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin yeni fərmanının Azərbaycan vətəndaşlarına təhlükəsi…

Putinin yeni fərmanının Azərbaycan vətəndaşlarına təhlükəsi…

Tarix: 17-11-2022, 15:08 Bölmə :Dünya Baxış: 215

Noyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Silahlı Qüvvələrində xarici vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman imzalayıb. Müvafiq fərman hüquq-informasiya internet portalında dərc olunub.

Yeni qaydaya əsasən, xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırılacaq. İndiyədək ancaq Rusiya vətəndaşı olan şəxslər bu ölkədə hərbi xidmətə çağırılırdı.

Son illərdə Rusiyada vətəndaşlıq alan xaricilərin bir çoxunun Orta Asiya respublikaları, o cümlədən Azərbaycandan gəldiyi bildirilir. Onlardan bəzilərinin ölkələrində heç vətəndaşlıqdan çıxmadıqları deyilir. İndi Rusiyada yaşayan belə azərbaycanlılardan bir çoxu narahatdır ki, bu fərman onların da Rusiya ordusuna cəlb edilməsinə yol aça bilər.

“İndi Rusiyadan hər cürə qəribəlik gözləyirik”

“İndi Rusiyadan hər cürə qəribəlik gözləyirik. Burada tək mən yox, bir çox azərbaycanlı narahatdır”, – Rusiyada Smolensk şəhərində işləyən bir şəxs AzadlıqRadiosuna deyib.

Oktyabr ayından isə Rusiyaya gələn miqrantların bu ölkənin vətəndaşlığını alma proseduru yüngülləşdirilib. Ancaq bir şərtlə ki, onlar Rusiya Silahlı Qüvvələrində bir ildən az olmayaraq xidmət etməklə bağlı müqavilə imzalasınlar. Bundan sonra Moskvanın “Saxarovo” miqrasiya mərkəzində Rusiya Müdafiə Nazirliyinin hərbi xidmətə çağırış mərkəzi öz işinə başlayıb. Moskva meri Sergey Sobyanin də onu “xarici vətəndaşların hərbi xidmətə cəlbi üçün tam yararlı infrastruktur” adlandırıb.

“Əgər Azərbaycan vətəndaşlığını daşıyan şəxslər…”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a bildirib ki, sözügedən fərman Rusiyada müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına şamil edilməməlidir: “Rusiyada ikili vətəndaşlıq var. Məncə, bu ikili vətəndaşlığı olan insanlara şamil edilir”.

Deputat qeyd edib ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur: “Yəni, Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşı ola bilməz… Əgər Azərbaycan vətəndaşlığından çıxmayan, Azərbaycan vətəndaşlığını daşıyan şəxslər Rusiya vətəndaşlığını qəbul ediblərsə, onlar həmin fərmanın əhatəsinə düşür”.

Komitə üzvünün sözlərinə görə, müvəqqəti Rusiyada yaşayan və işləyən, amma yalnız Azərbaycan vətəndaşı olan şəxslər Rusiya ordusunda xidmət və müharibədə iştirak edə bilməz: “Azərbaycan vətəndaşı miqrant kimi Rusiyada müvəqqəti kimi yaşayıb çalışırsa, bu fərman ona şamil edilə bilməz”.

“Məhkəməyə müraciət etsinlər”

Hüquqşünas Ələsgər Məmmədlidə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda qanunla ikili vətəndaşlıq qadağandır. Amma başqa ölkənin vətəndaşlığını qəbul edib və bu barədə Azərbaycan rəsmi qurumlarına məlumat verməyən şəxslər çoxdur.

Onun sözlərinə görə, bir nəfərin hərbi mükəlləfiyyəti bir ölkədə keçərlidir: “Yəni, əgər Azərbaycan vətəndaşlığından sonra Rusiya vətəndaşlığını qazananlar öz hərbi mükəlləfiyyətini Azərbaycanda həyata keçiriblərsə, onların Rusiyada təkrar hərbi mükəlləfiyyəti ola bilməz. Yox, əgər şəxs Azərbaycan vətəndaşı olub Azərbaycanda hərbi mükəlləfiyyətini keçmədən Rusiya vətəndaşlığına keçibsə və orada hərbi mükəlləfiyyət qazanıbsa, o zaman həmin şəxs bütün qaydalara uyğun həm səfərbərliyə, həm də məcburi hərbi xidmətə cəlb oluna bilirlər”.

Hüquqşünasın deməsinə görə, əgər kimsə Azərbaycanda hərbi xidmətdə olubsa, onu təkrar Rusiyada hərbi xidmətə çağırırlarsa, məhkəməyə müraciət etməsi yaxşı olar.

Hazırda Smolensk şəhərində yaşayan və adının çəkilməsini istəməyən şəxs isə vəziyyəti belə izah edir: “Yaxın illərə qədər kimsə Rusiya vətəndaşlığı üçün müraciət edirdisə, onun sənədlərinin arasında Azərbaycan vətəndaşlığından imtina etməsi üçün notariusun təsdiq etdiyi ərizə olmalı idi. Həmin ərizə Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilirdi. Son illər isə artıq belə tələb olmadığından faktiki ikili vətəndaşlığı olan şəxslər yaranıb”.

“Azərbaycan vətəndaşları üçün risk yaradır”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Putinin imzaladığı fərman Rusiyada yaşayan və çalışan Azərbaycan vətəndaşları üçün risk yaradır: “Putin fevral ayında Ukraynaya qarşı müharibəyə başlayanda düşünürdü ki, qısa müddətdə qələbə çalacaq. Amma bu, olmadı və Rusiya ordusu ciddi itkilərlə üzləşib”.

Politoloq deyir ki, artıq bir neçə ay əvvəl Rusiya pasportu daşıyan azərbaycanlılar üçün müharibəyə göndərilməklə bağlı müəyyən təhlükənin olması bəlli idi: “Putin açıq deməsə də, onun məntiqi belədir: əgər miqrant gəlib Rusiyada pul qazanırsa, onda zəhmət çəkib Rusiya uğrunda vuruşsun”.

“Azərbaycanda iş yerləri ilə bağlı problemlər var”

E.Şahinoğlunun sözlərinə görə, miqrantların bir hissəsi Rusiyanı müharibə və çətinləşən iqtisadi vəziyyətə görə tərk edib: “Qalanları isə müharibəyə göndərilə bilərlər. Azərbaycan hökuməti də əgər miqrantlara təhlükə gözləyirsə, onları geri qaytarmaq barədə düşünməlidir. Bunu isə reallaşdırmaq çətindir, çünki Azərbaycanda iş yerləri ilə bağlı problemlər var”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin İbrahimbəyovun vətəndaşlıqdan imtina müraciətini qəbul etmədi - RƏSMİ FƏRMAN

    Putin İbrahimbəyovun vətəndaşlıqdan imtina ...

    3-10-2013, 11:43

  • 
  • Hərbçilərə qoyulan qadağa təsdiqləndi - FƏRMAN

    Hərbçilərə qoyulan qadağa təsdiqləndi - FƏRMAN ...

    26-05-2015, 12:42

  • 
  • Rusiyada erməniyə yüksək vəzifə verildi - Putindən sərəncam

    Rusiyada erməniyə yüksək vəzifə verildi - ...

    7-11-2019, 10:44

  • 
  • Putin Amerikanın 9 agentinin siyahısını verdi

    Putin Amerikanın 9 agentinin siyahısını verdi ...

    4-12-2017, 21:15

  • 
  • Ermənistan vətəndaşlarına Rusiyada üstün hüquqlar verildi

    Ermənistan vətəndaşlarına Rusiyada üstün hüquqlar ...

    13-01-2015, 17:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (458)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu