GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Bayden, Si Tsinpinq və Müəviyyə - ABŞ-Çin münasibətlərindəki nazik tük qırılmamalıdır...

Bayden, Si Tsinpinq və Müəviyyə - ABŞ-Çin münasibətlərindəki nazik tük qırılmamalıdır...

Tarix: 23-11-2022, 12:08 Bölmə :Dünya Baxış: 163

ABŞ prezidenti Co Bayden keçən həftə İndoneziyada çinli həmkarı Si Tsinpinqlə görüşərək dünyaya yeni “Soyuq Müharibə”nin alovlanmasına ehtiyac olmadığını söyləyib. Sual olunur: Bayden bu məsələdə nə qədər ciddidir?..

Robert Ford
ABŞ-ın Suriyadakı keçmiş səfiri

Qlobal siyasi səhnəni izləyən hər bir müşahidəçi artıq ABŞ-ın Çinin böyüməsini və təsirini cilovlamağa çalışdığını başa düşür.

Bununla yanaşı, Çin hökuməti beynəlxalq sistemin özəyində olan ABŞ-ı əvəz etmək istəyini də gizlətmir. Aprel ayında Çin sədri “Qlobal Təhlükəsizlik Təşəbbüsü” adlandırdırılan forumda etdiyi çıxışda yeni bir təklif irəli sürdü. Si Tsinpinq təklifində ölkələr və cəmiyyətlərin öz daxili rejimlərini seçə biləcəyini təkid edir. Si deyib ki, Baydenin digər ölkələrdə insan haqları və demokratiyanı təşviq etmək səyləri beynəlxalq münasibətlər üçün yaxşı zəmin yaratmır. Buna görə də, “soyuq müharibə” dövründə kommunist Sovet İttifaqı ilə demokratik ABŞ arasında ideoloji rəqabət olduğu kimi, indi Çin-ABŞ rəqabətində də ideoloji komponent var.

Bu “soyuq müharibə” zehniyyəti ABŞ-ın Çinə qarşı ticarət strategiyasında özünü büruzə verir. Artıq ABŞ-da Çinlə ticarət və iqtisadi inteqrasiyanı təşviq edən günlər geridə qalıb. Bunun əvəzində Vaşinqton Sovet İttifaqı ilə “soyuq müharibə” dövründə olduğu kimi Çin iqtisadiyyatını zəiflətməyə çalışır. Daha da əhəmiyyətlisi, Bayden administrasiyası qabaqcıl texnologiya olan kompüter çiplərinin və istehsal texnologiyalarının Çinə ixracını əngəlləməkdə qərarlıdır. Burada qeyd etmək lazımdır ki, bu çiplər müasir iqtisadiyyatların nüvəsini təşkil edir. Staistika göstərir ki, Çin keçən il 300 milyard dollar dəyərində çip idxal edib ki, bu da nəhəng ölkənin neft idxalından daha çox olub.

Vaşinqton isə öz məqsədi barədə çox aydın mənzərə yaradır; ABŞ Çinin həm kommersiya, həm də hərbi tətbiqləri olan qabaqcıl çiplər istehsal etmək qabiliyyətini inkişaf etdirməsinə mane olmaq istəyir. Bundan əlavə, keçmişdə “soyuq müharibə” dövründə olduğu kimi, Vaşinqton müttəfiqlərini Çinə qarşı sanksiya siyasəti yürütmək üçün sıxışdırır.

Məsələn, Vaşinqton Hollandiya və Yaponiya hökumətlərinə təzyiq edir ki, öz şirkətlərinin Çinə qabaqcıl çip istehsalı texnologiyaları satmasının qarşısını alsınlar. ABŞ-ın bu birtərəfli səyindən sonra Sinqapurun xarici işlər naziri ABŞ siyasətini “texnoloji müharibə elanı” kimi xarakterizə etdi.

Bundan əlavə, 2021-ci ildə Donald Trump komandasını əvəz edən və ənənəvi müttəfiqləri ilə daha yaxşı münasibətlər vəd edən Bayden administrasiyası indi Yaponiya, Cənubi Koreya və Hollandiya kimi müttəfiqlərini Çinlə texnologiya ticarəti sahəsində tərəf seçməyə məcbur edir. Onlar isə ABŞ-ın bu təzyiqlərindən mümkün qədər yayınmağa çalışırlar.

Bayden keçən həftə İndoneziyada Çinin Tayvana hərbi müdaxiləsini “qaçılmaz” olmadığını söylədi. Ancaq bu sakitləşdirici ton bir sual da yaradır: Niyə Bayden Çinin Tayvana hücum edəcəyi təqdirdə ABŞ-ın öz müttəfiqini müdafiə edəcəyini davamlı olaraq söyləyir? Bu bəyanatlar 1972-ci ildə Çinə qarşı Amerika ekspansiyasını müzakirə edən keçmiş dövlət katibi Henri Kissincerlə başlayan ABŞ-ın qeyri-müəyyən siyasətində böyük dəyişik yaradır.

Buna cavab olaraq Si keçən həftə İndoneziyada Tayvanın Çinin “əsas” maraq dairəsindən biri olduğunu təkrarladı. Mən Baydenin açıqlamalarından belə başa düşdüm ki, Vaşinqton Çinin 2022 və ya bəlkə də 2023-cü ildə Tayvana hərbi müdaxilə edəcəyini ehtimal edir. Lakin Vaşinqton bundan sonra nə olacağını bilmir.

Buna görə də Vaşinqton dördlü ittifaqla təmsil olunan Hindistan, Yaponiya və Avstraliya ilə yeni “NATO” ittifaqı qurmağa can ataraq Çini çəkindirmək üçün ənənəvi “soyuq müharibə” strategiyasını həyata keçirir.

Baydenin gələn ay Vaşinqtonda Afrika liderlərini qəbul etməsi də təsadüfi deyil. Aydındır ki, qonaqlar siyahısında çoxlu diktatorlar var və ona görə də bu görüşün məqsədi demokratiya və insan haqlarının təbliği deyil, məhz Çinin Afrikadakı mövqelərini sarsıtmaqdır.

Çinlilər isə yeni “soyuq müharibə”nin mövcudluğunu qəbul edirlər. Buna görə də çinlilər ABŞ-ın sanksiyalarına baxmayaraq, öz texnoloji imkanlarını yaratmağa çalışırlar. Oktyabr ayında keçirilən qurultayda Çin Kommunist Partiyasının rəhbərliyi Siyasi Büro və Mərkəzi Komitəyə aerokosmik, biotexnologiya, yarımkeçiricilər və süni intellekt kimi sahələrdə texnoloji təcrübəyə malik olan adamları seçdilər.

Lakin buna baxmayaraq, görünən odur ki, Çin hazırda ABŞ-la böyük münaqişəyə girmək istəmir. Buna görə də Çin ABŞ-ın yarımkeçiricilərlə bağlı Pekinə qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab vermədi. Bunun əvəzində Si iqlim dəyişikliyi kimi məsələlərdə amerikalılarla işçi qrupları yaratmağa razılıq verdi. Bu işçi qrupları həm də iki hökumət arasında bürokratlar arasında dialoqu təşviq edir.

Qarşıdakı aylarda daha çox dialoqun ABÇ-Cin münasibətlərinə daha yaxşı təsir edəcəyi şübhəsizdir. Lakin Nümayəndələr Palatasında çoxluğa sahib olan Respublikaçıların Tayvana daha çox silah satışı üçün Bayden adminstrasiyasına təzyiq edəcəyi də gözlənilir. Eyni zamanda Tramp və Respublikaçılar Çini koronavirusun yayılmasında ittiham edən ictimai dinləmələr keçirməklə Pekini qəzəbləndirə bilər. Ola bilsin ki, yaxın zamanlarda Nümayəndələr Palatasının yeni sədri də Tayvana səfər etsin. Qeyd edim ki, bu ilin avqust ayında Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında ciddi böhrana səbəb olmuşdu.

Təbii ki, iki ölkə arasında münasibətlərin təhdid formatından birbaşa ünsiyyət formatına keçilməsi lazımsız münaqişələrin qarşısını almaq üçün faydalıdır.

Mən xəlifə Müəviyyənin aşağıdakı müşahidəsini həmişə yüksək qiymətləndirmişəm. Müaviyə bir dəfə belə demişdi: “Mənimlə camaat arasındakı bağ tük kimi nazikdir, amma o tük heç vaxt qırılmaz”. Niyə qırılmayacağını soruşduqda o, belə cavab verib: “İnsanlar dartdıqca mən boşalıram. Onlar boşaldıqca mən də onları dartıram”.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çin ABŞ-a müharibə xəbərdarlığı etdi - Cavabını da aldı

    Çin ABŞ-a müharibə xəbərdarlığı etdi - Cavabını ...

    30-10-2015, 23:18

  • 
  • ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham Əliyevə zəng edib

    ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham ...

    20-05-2016, 22:59

  • 
  • Çin ABŞ-a xəbərdarlıq edib

    Çin ABŞ-a xəbərdarlıq edib ...

    27-10-2015, 15:43

  • 
  • Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək niyyətindədir

    Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen ...

    30-11-2020, 10:07

  • 
  • “ABŞ Rusiya ilə eskalasiya istəmir” - Bayden

    “ABŞ Rusiya ilə eskalasiya istəmir” - Bayden ...

    29-04-2021, 09:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu