Ağ Ev hər il ənənəvi bayram şənliyi ilə amerikalıları sevindirmək və ilin sonu tətillərinin əhəmiyyətini xatırlatmaq məqsədi daşıyır. Builki mövzu Amerikanın gücünə, Amerika xalqına işarə edən "Biz xalqıq"dır.
Ağ Evdə Milad həmişə işıqlı olsa da, bu ilin "Biz xalqıq" (We the People) mövzusundan göründüyü kimi mövsümün dekorasiyanın da dərin mənası var. Bu, ABŞ Konstitusiyasının hər bir ABŞ prezidentinin əməl edəcəyinə söz verdiyi kəlmələrdir.
Bu sadə sözlər Amerika idealını əhatə edir. Bu, dünyanın ən varlı və ən güclü ölkədə gücünü liderlərindən deyil, səlahiyyətli vətəndaşlardan alması deməkdir. ABŞ-ın birinci xanımı Cill Bayden: "Millətimizin ruhu həmişə "Biz Xalqıq" olub və olmaqdadır. Və bu, builki Ağ Evin bayram bəzəklərini ilhamlandıran da budur. Ətrafınızda bizi birləşdirən - imkanlara inam, nikbinlik və birlik kimi dəyərlərə rast gəlmək olar. Hər otaqda biz bayramlarda və il boyu bizi bir araya gətirənləri təmsil edirik".
Bu, 330 milyonluq bir ölkə, 50 ştat, təqribən 400-ə yaxın dil və dünyanın bütün əsas dinləri üçün çox şeydir. Cill Bayden: "Milad və bayramınız mübarək! Tanrı sizi qorusun!"
Ağ Ev bunun öhdəsindən dekorasiya yolu ilə gəlib. Bayram musiqisi ilə, Ağ Evin heyvanlarına sevgi ilə, Ağ Evin əsasən şəkərdən hazırlanmış 140 kiloqramlıq nüsxəsi Və çox, çox, çox işıqla. Ağ Evin dediyinə görə, orada 83 615 işıq, 77 yolka var.
Bütün bunlar hamının xoşuna gələcəkmi? Əlbəttə ki yox. Bunu sosial şəbəkələrdə görmək olur.
Amma bu, bəlkə də qüdrətli Amerika xalqının fövqəladə gücünü vurğulayır. Burada hər kəs nəinki öz fikrini sərbəst ifadə edə bilir, həm də hər dörd ildən bir bu evdə kimin yaşayacağına və yolkaları kimin bəzəyəcəyinə qərar verə bilir.
Sorğu
Yeni dizaynımız necədir?