GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Molla rejimi təşvişdə - Məmurların ailələri üsyana hazırlaşır

Molla rejimi təşvişdə - Məmurların ailələri üsyana hazırlaşır

Tarix: 8-12-2022, 13:30 Bölmə :Dünya Baxış: 104

İranın ali rəhbəri Əli Xameneinin bacısı Bədri Hüseyni Xamenei ölkədəki etiraz aksiyaları ilə bağlı xalqa müraciət edib. O qardaşını sərt şəkildə tənqid edərək, xalqı molla rejiminə qarşı mübarizəni davam etdirməyə, haqsızlıqla barışmamağa çağırıb.

 

“Qardaşım İran xalqının səsinə qulaq asmır, yanlış olaraq öz muzdlularının, yaltaqların, xalqın payını yeyənlərin çıxışlarını İran xalqının səsi hesab edir. Xamenei günahsız insanları sıxışdırmaq və öldürməkdə Ruhullah Xomeyninin yolunu davam etdirir", - ali rəhbərin bacısı etirazlara dəstəyini ifadə edib.

İranın birinci şəxsinin bacısının Tehran rejiminə üsyan etməsi artıq bu ölkədə vəziyyətin nəzarətdən çıxdığına işarədir. Hətta bir çox mənbələr bildirir ki, İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürüməsindən sonra başlayan aksiyaların hələ də davam etməsi Xamenei başda olmaqla ölkəni idarə edən qrupları təşvişə salıb. Xalqın üsyana qalxmasından ciddi şəkildə narahat olan molla rejimi müxtəlif vədlərlə etirazları yatırmağa çalışsa da, heç bir nəticə əldə edə bilməyib.

Görünən odur ki, İranın hakimiyyətyönlü siyasi elitasında çaxnaşma yaşanır, hətta bəzi məmurların ölkədən qaçmağa hazırlaşdığı yayılan xəbərlər sırasındadır. 

 

Gundemxeber.az bildirir ki, mövzu ilə bağlı Modern.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, İranın ali rəhbərinin  bacısının xalqa ünvanladığı məktub, mitinq iştirakçılarına dəstək mesajı ölkədəki hadisələrin nə qədər ciddi olduğunu göstərir.

Onun sözlərinə görə, hakimiyyət üzvlərinin əksəriyyətinin ailə üzvləri mövcud şəraitdə yaşamaq istəmirlər:

 

"Dövlətin ali dini rəhbərinin bacı və qardaşı onunla müqayisədə daha islahatçı görünür. Onun qardaşı Hadi Xamenei də ölkədəki vəziyyəti vaxtilə tənqid edib. O, 2011-ci ildə çıxışı zamanı demişdi ki, "İranda bütün rəsmi tribunalar islahatlara qarşı olanlara verilib. Bacısı Bədri Hüseyni Xamenei ölkədəki vəziyyəti eyni şəkildə tənqid edib. Haşimi Rəfsəncaninin qızı da İrandakı hakim sistemi, zorakılığı kəskin şəkildə pisləyib. Bu isə onu göstərir ki, hakim dairənin ailə üzvləri hakimiyyət nümayəndələri ilə müqayisədə İrandakı hadisələrə daha mütərəqqi yanaşır.

Məsələn, lap əvvəl Xomeyninin xaricdə yaşayan nəvəsi İrandakı hadisələri tənqid edirdi. Hakimiyyət nümayəndələrinin xaricdə yaşayan ailə üzvlərinin yaşam tərzləri mövcud rejimin dəyərlərinə uyğun gəlmir. Bu, bir daha sübut edir ki, onlar ölkədəki şəraitə uyğun yaşamaq istəmir. Həmin şəxsləri üsyanlara qarışmasınlar deyə xaricdə saxlayırlar. Təbriz Tibb Elmləri Universitetininin tələbəsi, Qərbi Azərbaycandan olan Mürtəza Şirməhəmmədi etiraz aksiyalarında öldürülmüşdü. Onun atası SEPAH-ın regional məsul şəxslərindən biri Ələsgər Şirməhəmmədidir. Bütün bunlar sübut edir ki, hakimiyyətin müxtəlif qolları, yaxud əvvəllər hakimiyyətdə olmuş insanlar və onların ailə üzvləri də aksiyaları dəstəkləyir".

 

Politoloq vurğulayıb ki, hadisələrin belə davam etməsi İranda hakimiyyət daxilində parçalanmalara səbəb ola bilər və bu, qaçılmaz olacaq:

 "Hakimiyyət uzunmüddət etiraz aksiyalarına qarşı müqavimət göstərə bilməz. Söhbət onların aksiyaları yatırmaq üçün güc və imkanlarının olub-olmamasından getmir. Söhbət aksiyanın mənəvi gücündən, beynəlxalq ictimaiyyətin aksiyalar səbəbilə hakimiyyətə təsir etməsindən gedir. Bütün bunların hamısı İranda ciddi dəyişikliklərin olacağından xəbər verir.

6 dekabr tarixində İranın ali dini lideri Əli Xamenei özü də mədəni sahədə islahatların aparılmasına ehtiyac olduğunu bildirdi. Ola bilsin ki, onun bu çıxışı İran cəmiyyətini sakitləşdirməyə yönəlib. Ancaq bu çıxış yenə də, aksiyaların uğuru kimi qiymətləndirilə bilər. Çünki aksiya iştirakçıları artıq hakimiyyətin fikrini öz istədikləri məsələlərə yönəldə biliblər". 

 

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xameneinin bacısı: "Qardaşım İran xalqının səsinə qulaq asmır"

    Xameneinin bacısı: "Qardaşım İran xalqının ...

    7-12-2022, 14:07

  • 
  • ​Xamenei Ruhaniyə qarşı çıxdı: Azərbaycanlı barədə qərar

    ​Xamenei Ruhaniyə qarşı çıxdı: Azərbaycanlı ...

    3-08-2018, 22:17

  • 
  • “DÜŞMƏNLƏRİMİZ GERİ ÇƏKİLDİ” - Xamenei aksiyalardan danışdı

    “DÜŞMƏNLƏRİMİZ GERİ ÇƏKİLDİ” - Xamenei ...

    20-11-2019, 16:33

  • 
  • Dövlət ABŞ-a qarşı Ruhanini dəstəkləməlidir - Xamenei

    Dövlət ABŞ-a qarşı Ruhanini dəstəkləməlidir - ...

    16-07-2018, 14:13

  • 
  • İranda 3 gün matəm elan edildi

    İranda 3 gün matəm elan edildi ...

    3-01-2020, 11:11


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (556)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu